...

Azərbaycan politoloqu: "Azərbaycan erməni əks-kəşfiyyatı ilə ciddi məşğul olmalıdır" (Video)

Siyasət Materials 31 Oktyabr 2007 15:35 (UTC +04:00)
Azərbaycan politoloqu: "Azərbaycan erməni əks-kəşfiyyatı ilə ciddi  məşğul olmalıdır" (Video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva / "Terrora yaxud hansısa qeyri-qanuni fəaliyyətə meylli şəxslər Azərbaycanın Silahlı Qüvvələrinin sıralarına yol tapa bilirsə, hökumət orqanları erməni əks -kəşfiyyatının fəaliyyətini araşdırmalıdır" - deyə Azərbaycanın müstəqil politoloqu Rasim Musabəyov hesab edir.

Yaxın günlərdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin zabiti, baş leytenant Kamran Əsədov, üzvü olduğu radikal vəhabi qruplaşmasının üzvləri ilə əlbir olaraq, 4 avtomat, 1 pulemyot, 20 əl qumbarası, çoxlu sayda avtomat patronları və digər hərbi sursat oğurlayaraq fərarilik edib. Aparılan operativ tədbirlər nəticəsində, qruplaşma MTN-nin əməkdaşları tərəfindən saxlanıb. Azərbaycanın hüquq-mühafizə orqanlarına məlum olub ki, radikal dini qrup ölkənin strateji obyekitlərində, həmçinin, diplomatik korpuslarda terror aktlarının keçirilməsini planlaşdırıblar.

"Bizim xüsusi xidmət orqanlarımız vəziyyəti bir qədər gözdən qaçırıblar" - deyə politoloq qeyd edib.

Politoloqun sözlərinə görə, hər bir terrorizmə meyl edən fəaliyyət növü, adətən, ölkə xaricindən stimullaşdırılır. "Mən hesab edirəm ki, indiki halda bu, Azəbaycanda sabitliyin pozulmasında maraqlı olan, lazım gələrsə, Azərbaycan rəhbərliyinə və ictimaiyyətinə təzyiq vasitəsinə malik olmağı mühüm hesab edən qüvvələrin işidir" - deyə politoloq bildirib.

Çərşənbə günü Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Səfəroğlunun verdiyi məlumata görə, Azərbaycan Milli Ordusunun hərbi hissələrində radikal vəhabilyin qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilib.

Səfəroğlunun sözlərinə görə, hərbi qulluqçuların arasında çoxlu sayda vəhabinin olması barədə yayılan məlumatların əsası yoxdur.

Xəbər lenti

Xəbər lenti