...

Norveç diplomatların hazırlanmasında Azərbaycana kömək edəcək

Siyasət Materials 31 Oktyabr 2007 17:05 (UTC +04:00)

Azərbaycan , Bakı / Trend ,müxbir S.Ağayeva/ Azərbaycan və Norveç diplomatik kadrların hazırlanmasında əməkdaşlıq edəcək. Çərşənbə günü Bakıda Azərbaycanın xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev və Norveçin Azərbaycandakı səfiri Yan Ramberq iki ölkənin Xarici İşlər Nazirlikləri arasında əməkdaşlığa dair müqavilə imzalayıblar.

Paşayev jurnalistlərə bildirib ki, müqaviləyə müvafiq olaraq, tərəflər iki proqram reallaşdıracaq: birinci proqram 60 XİN diplomatı, ikinci proqramsa, dövlət strukturu rəhbərləri üçün nəzərdə tutulub. Onun sözlərinə görə, heç bir ölkə Norveç qədər Skandinaviya dövlətlərini yaxşı tanıya bilməz və Norveç regionşünaslığı Azərbaycan diplomatları üçün faydalı olacaq.

Diplomatiya Akademiyası XİN və beynəlxalq münasibətlər sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının ixtisaslaşdırılmış kadrlarla təmin edilməsi məqsədilə, 2006-ci ilin əvvəlində Azərbaycan prezidentinin fərmanına əsasən yaradılıb.

Həmin ildə Paşayev Azərbaycanın ABŞ və Meksikada fövqəladə və səlahiyyətli səfiri, həmçinin Amerika Dövlətləri Təşkilatları yanında daimi müşahidəçi vəzifələrindən azad edilərək, xarici işlər nazirinin müavini və XİN-nin Diplomatik Akademiyasının rektoru təyin olunub.

Xəbər lenti

Xəbər lenti