...

Azərbaycan prezidenti partiyasının seçkilərdə qələbəsi münasibətilə Putini təbrik edib

Siyasət Materials 3 Dekabr 2007 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına seçkilərdə prezident Vladimir Putinin başçılıq etdiyi "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə, ona təbrik məktubu göndərib. Prezident Əliyev bildirib ki, bu qələbə onun Rusiya dövlətçiliyinin, suverenliyinin möhkəmlənməsinə, cəmiyyətin bütün sahələrində demokratik dəyişikliklərə, beynəlxalq aləmdə mövqelərinin və nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasi kursunun nəticəsidir. Əliyevin sözlərinə görə, bu qələbə rusiyalıların ona etimadının və onu fəal dəstəkləmələrinin parlaq sübutudur. "İnanıram ki, Rusiya xalqının seçkilərdə nümayiş etdirdiyi birlik, ölkənin aparıcı siyasi qüvvəsi olan "Yedinaya Rossiya" Partiyası ətrafında sıx birləşməsi Sizin nəzərdə tutduğunuz proqramların uğurla həyata keçirilməsi üçün etibarlı zəmin olacaq"-deyə Azərbaycan prezidenti bildirib. O, əmin olduğunu bildirib ki, Azərbaycan və Rusiyanın dövlətlərarası münasibətlərinin, mehriban qonşuluğun və strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylər bundan sonra da xalqlarımızın və ölkələrimizin tərəqqisinə, regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti