...

Azərbaycanda yerli özünüidarəetməninin problemləri Strasburqda müzakirə olunacaq

Siyasət Materials 4 Dekabr 2007 11:31 (UTC +04:00)

Fransa, Strasburq Trend müxbir A.Məhərrəmli, İ.Əlizadə/Azərbaycanda yerli özünüidarəetməninin problemləri və bu sahənin təkmilləşdirilməsi məsələsi Avorpa Şurasının təşkilatçılığı ilə Strasburqda müzakirə olunacaq. Bu barədə çərşənbə axşamı Trend in Strasburqdakı müxbirinə Avropa Şurası (AŞ) katibliyindən məlumat verilib.

Katiblikdən bildirilib ki, dekabrın 6-da Strasburqda "Azərbaycanda daha yaxşı yerli özünüidarə üçün strategiya: mövcud vəziyyətin dəyərləndirilməsi və əməkdaşlıq üçün gələcək addımların müəyyənləşdirilməsi" mövzusunda İşçi Qrup iclasının keçirilməsi nəzərdə tutulur.

Avropa Şurası katibliyinin demokratik təsisatlar üzrə direktoru F.Bleyerin dəvəti ilə tədbirdə Azərbaycan hökuməti (Prezidentin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşı), Parlament və bələdiyyə nümayəndələrinin (Şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının sədrləri) iştirak edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti