...

Ağstafada cinayətlərin açılma faizi artıb

Siyasət Materials 5 Dekabr 2007 13:31 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Ağstafa rayonunda baş verən cinayətlərin 90,3 faizi açılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir faiz çoxdur. Ağstafa rayon Polis İdarəsinin rəisi Rasim Əliyev çərşənbə günü Trend ə bildirib ki, yanvar-noyabr aylarında rayonda törədilən 93 cinayət hadisəsindən 84-nün üstü açılıb. Onun sözlərinə görə, hesabat dövründə rayon ərazisində baş verən cinayət hadisəsindən 1-i intihar, 1-i adam oğurluğu, 1-i qəsdən adam öldürmə, 5-i oğurluq, 5-i xuliqanlıq, 4-ü narkotik maddə satma və 3-ü saxlama ilə bağlıdır. Həmçinin 1 zorlama, 1 azyaşlı ilə cinsi əlaqədə olma, 1 vəzifə səlahiyyətlərini aşma, 2 dövlət əmlakı oğruluğu faktları da qeydə alınıb.

Əliyev törətdiyi cinayət hadisəsi ilə bağlı bir nəfərin axtarışda, 8 işin isə icraatda olduğunu söyləyib.

Ötən il ümumilikdə rayonda 102 cinayət hadisəsi baş verib və onlardan 92-sinin üstü açılıb.

Xəbər lenti

Xəbər lenti