...

Problem İranın nüvə məsələsi deyil, dünyada təfəkkür müharibəsi başlayır-- Rusiyalı politoloq

Siyasət Materials 7 Dekabr 2007 12:43 (UTC +04:00)
Problem İranın nüvə məsələsi deyil, dünyada təfəkkür müharibəsi başlayır-- Rusiyalı politoloq

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Rusiya politoloqu və Rusiya İslam Komitəsinin sədri Heydər Camal İran-ABŞ arasında müharibənin mütləq baş verəcəyini bildirir. Camal çərşənbə axşamı Trend ə eksklüziv müsahibəsində bildirib ki, dünya səviyyəsində 2 formalaşmış güc strukturu var: "Britaniyaya mənsub olan Ənənəvi klub və ABŞ-a bağlı olan Liberal klub. Dünyada bütün ölkələr bu iki klubun kateqoriyasında yerləşir. Keçən əsrdə, marksist hakimiyyətlər koalisiyası Radikal klubun təmsilçisi olaraq, adı çəkilən iki klubla dünya səviyyəsində rəqabət aparırdı, lakin, Lenindən sonra Radikal klubun fəaliyyəti səngidi . Hazırda həmin Radikal klub, İran hakimiyyətinin təşəbbüsu ilə yenidən formalaşır və bu məsələ, Liberal və Ənənəvi kluba mənsub olunan bütün dünya ölkələrinə təhlükədir. Bu təhlükənin qarşısını almaq üçün, dünya ictimaiyyəti İranın indiki dövlətini və onun Radikal müttəfiqlərini aradan qaldırmaq məcburiyyətindədir. Bir sözlə, İran Britaniya-Amerika ilə yox, dünya ictimaiyyəti ilə qarşı dayanıb"-deyə, Camal bildirib.

- İrana qarşı tətbiq olunan Qətnamələr nə məqsəd güdür və niyə İran bu Qətnamələrə əhəmiyyət vermir?

- Həmin Qətnamələrin məqsədi heç də İranı razılığa gətirib, onu dünya ictimaiyyətinin istəyinə tabe etdirmək deyil. Mən həmin Qətnamələri siyasi-psixoloji bir oyunun ayrılmaz hissəsi hesab edirəm. Oyun elə qurulub ki, İran dünya ictimaiyyətinin tələblərinə əhəmiyyət verməsin. Hətta, elə təsəvvür etsin ki, bütün bu Qətnamələrə rəğmən, dünyada öz qanunlarıyla yaşıya bilər. Bəli, həmin Qətnamələrin layihəsini hazırlayan qüvvəlr, qəsdən İranı elə bir vəziyyətə salmaq istəyirlər ki, rəsmi Tehranın etinasızlıqdan başqa bir reaksiyası olmasın. İran Qətnamələri qəbul etmədikcə, tədricən elə təsəvvür yaradılır ki, bu ölkə dünya ictimayiyyətini tanımır, hazırlaşın, onu məhv etmək lazımdır.

-Dedikləriniz 91-ci ildə İraq hakimiyyətinin Küveytə hücumu zamanı, BMT-nin Səddam Hüseynin təcavüzünə qarşı tutduğu mövqeyi xatırladır.

Bəli, həmin vaxtlarda Marqaret Tetçer -Britaniyanın o zamankı Baş naziri- Ata Buşa demişdi ki, Qətnamələri elə hazırlamaq lazımdır ki, Səddam Hüseyni qorxutmasın. Qətnamələr kifayət qədər sərt olub, Səddam onları ciddi qəbul etsə, o, qorxub Küveti tərk edə bilər. Nəticədə, bizim ona zərbə endirməyə bəhanəmiz qalmaz. Bir çox gizli kanallarla, Səddama xəbər ötürülürdü ki, Amerika ilə İngiltərənin narahatlığına çox da fikir verməsin, bunlar boş təhdidlərdir. Sənin əleyhinə tətbiq olunan Qətnamələrin arxasında müharibə variantı dayanmır.

- O vaxtlar Qərb diplomatları da ABŞ-ın İraqa zərbə endirmək niyyətinin olmadığını bildirirdi. Bu xüsusi məqsəd güdürdümü?

Şəxsən mən, bunun necə baş verdiyinin canlı şahidlərindən biriyəm. 1990-91-ci illərdə mən Almaniyada idim. Orada məşhr Almaniya millətçisi Armin Müller ilə görüşdüyüm zaman, mənim "Müharibə mütləq baş verəcək" qənaətimə o, ciddi yanaşmadı. "Son nəticədə sülh olacaq",- dedi - "Qətnamələrə fikir verməyin. NATO-nun məşhur generalı Kurt Fon Bastiyan mənə xəbər verib ki, müharibə barədə şayiələri ciddi hesab etməyim". Fon Bastiyan NATO-nun Brüssel qərargahında çalışan məşhur general olub. Ancaq bu generalın dedikləri həqiqtə uyğun olmadı. Aradan bir neçə gün sonra mənim dediklərim oldu, müharibə başlandı. Demək, nəinki Səddam Hüseynə, hətta ən yüksək NATO generallarına da, bilərəkdən, yalan xəbərlər ötürülürdü.

-Bu ssenari dolayısıyla, 2-ci dünya müharibəsində Hitleri hücuma başlamağa təhriklərə bənzəmirmi?.

-Bəli, ancaq bir az fərqli. Yuxardakı misalı çəkməklə demək istəyirdim ki, Müller bir alman millətçisi kimi, ikinci dünya müharibəsinin tarixini unutmamalı, həmin mühaibənin də eyni şəkildə, təsirsiz Qətnamələrdən başlandığını xatırlamalıydı. Amerika, İngiltərə və Fransa bir vaxt Hitler Almanyasını, Samuray Yaponyasını eynən belə, yumşaq Qətnamələrlə müharibəyə təhrik ediblər.

Bir sözlə, indi İrana qarşı qəbul olunan Qətnamələrin gizli, həm də qədim tarixçəsi var. Tetçerin Ata Buşa dedikləri vaxtilə Hitler, Mussolini, Yapon generallığı barədə də deyilib. O vaxt kimsə yumşaq bir səslə deyirdi ki, Qətnamələri elə tətbiq edin ki, Hitler qorxmasın və hücumlarını davam etdirsin. İrana qarşı da eyni ssenari tətbiq olunur- texnologiya həmin texnalogiyadır. Demək, İrana qarşı müharibə mütləq olacaq.

Qərb siyasətçiləri çox ciddi adamlardır, onlar belə yumşaq Qətnamələri boş yerə qəbul etməzlər. Son nəticədə, belə yumşaq diplomatların arxasından həmişə dağırdıcı bir qüvvə çıxır.

-- Siz demək istəyirsiniz ki, Qərb diplomatlarının işi təhrik xarakteri daşıyır?

-- Sualınıza bircə misalla cavab vermək istəyirəm. Son zamanlar bütün politoloqlar "Çin təhlükəsindən" danışır. Halbuki, Çin heç vaxt böyük Çin səddini keçib, qəsbkar müharibələr aparmayıb. Bunun bircə nümunəsi də yoxdur. Çinlilər dünyanın hər yerində var, kimsəyə də toxunmurlar. Demək istəyirəm ki, Çin təhlükəsi əfsanədir. Onu diplomatik lüğətə gətirənər tamamilə başqa bir təhlükəni gizlətmək istəyirlər. Çin təhlükəsi termini politexnologi bir oyundur. Qərb diplomatiyası özünü gizlətmək üçün ondan lazimi qədər istifadə edir.

- Sizcə,İran özü də müharibəyə meyllidirmi?

- Bəli,mütləq. Məsələ ondadır ki, bəzən uzun müddət yeridilən siyasət qaranlıq dalana dirənir. Nəticədə, müharibələrə ehtiyac yaranır. İstər ABŞ, istərsə də İranın, ölkə daxilində və xaricində yürütdüyü siyasət özünün böhran nöqtəsinə çatıb. Məsələ ancaq müharibə ilə çözülə bilər. 1980-ci ildə İraq-İran müharibəsi olmasaydı, rəsmi Tehranın hakimiyyəti indiyədək yaşaya bilməzdi. Mollakratiya bu müharibə nəticəsində İran inqilabının passionar gənc inqilab qüvvələrini, bir növ, zəiflətdi. Milyona yaxın inqilabçı müharibədə həlak oldu. Ənənəvi mollakratiya bu gənc qüvvələrdən çox qorxurdu. Onlar qalsaydı, yaşlı mollaların hakimiyyəti indiyədək sürə bilməzdi. Mən 90-cı illərin sonunda İrana gedərkən, inqilabçı gənclərin yerinə, assimilyasiya olunmuş passiv gəncləri gördüm. Amerika ilə müharibə nəticəsində, həmin inqilabi qüvvələr yeni nəsil dini ordu yaratmaq imkanı görürlər. Bu müharibə onları, həm də mollaların hakimiyyətindən qurtaracaq. Ola bilər ki , bu muharibədə İran hakimiyyəti devrilsin, lakin, onun islami cəmiyyəti, son nəticədə, həm də mollaların istismarından qurtararaq, bir növ, böyük bir İran Hizbullahı yaradacaq.

-- Demək istəyirsiniz ki, son nəticədə, bu qüvvələr hakimiyyətə yox, təşkilata çevriləcək?

-- Bilirsiniz ki, Hizbullah dövlət deyil, islami təşkilatdır. Unutmayaq ki, ulu peyğəmbərimiz dövlət deyil, cəmaatın hakimiyyətini yaradıb. Mollalar sonradan orada hakimiyyəti ələ keçiriblər. 2004-cü ildə, İran tarixində ilk dəfə olaraq, hakimiyyət İran mollalarının əlindən çıxıb, səhra komandirlərinin(Sepah) əlinə keçdi və onlar prezident Əhmədinejadın simasında bu hakimiyyətdən öz məqsədləri üçün istifadə edəcəklər. Onlar kiçik qruplara parçalanaraq, bütün Şərqə yayılacaqlar. Onlar həm Hizbullah kimi islami cəmiyyət yaradacaq, həm də müstəqil şəkildə öz siyasi-hərbi manevrlərini təyin edəcəklər. Gördüyümüz kimi, qarşı tərəfin (İranın) militarist siyasəti kor-koranə deyil. Öz əsasında şiəliyin dərin fəlsəfi nəzəriyyələrinə əsaslanır.

- Sizcə, bu mühaibə nəticəsində, dünya səviyyəsinə yayılacaq Radikal qruplar yaranacaqmı? Bu, ABŞ-ın xeyrinədirmi?

-- Bu suala bir az fəlsəfi cəhətdən yanaşmaq lazımdır.

Dünyada bir çox hökmətlər var, lakin bunların arxasında 4 təfəkkür klubu dayanıb və bu 4 klubun arasındakı ziddiyyətlər yaxud ortaq mənafelər, indiki siuasi düzənin əsasını təşkil edir. Birinci klub Ənənəçilərin(Tradisionalistlər) klubudur, mərkəzi Londondadır, İnqlis kral ailəsinin ətrafında təşəkkül tapıb, öz sıralarında son 400 ildə formalaşmış müəyyən siyasi-mədəni təşkilatları formalaşdırıb. Avropanın zadəgan ailələri (Krallar sülaləsi), köhnə Aristokratiya, sufilər, Dalaylama, yəni böyük bir ənənəni özündə birləşdirən bütün təşkilatlar həmin klubda birləşib.

Digər bir klup Liberalların klubudur. Mərkəzi Amerikadadır. Orada sağ və sol liberallar, mədəniyyət xadimləri, modernistlər, postmodernistlər toplaşıb. Bu iki dəstə tam formalaşıb və öz aralarında son 100 ildə amansız mübarizə aparırlar. Amerika ilə İngiltərənin çox gizli daxili mübarizəsi məhz orada baş verir. Məsələn, İranın sabiq şah hakimiyyəti Amerikaya bağlı idi, Britaniyanın maraqlarına qarşı çıxırdı. Bir çox digər siyasi xadimlər də belə olub. Məsələn, Camal Əbdü lnasir (Misir prezidenti), Ənvər Sadat(Misir Prezidenti), Səddam Hüseyn, Amerikalılara bağlı olub, Britaniya klubuna qarşı çıxırdılar.

- 1979-cu il İnqilabından sonra İran həmişə Britaniyaya klubuna sığınıb. Bunun səbəbini nədə görürsünüz?

- İranda olan mollakratiya da, bu və ya digər şəkildə, həmin klubla əlaqədar olan qüvvədir və İranın Amerikaya qarşı çıxmasında həmin İran ənənəçiləri tradisionalist Britaniya klubuna güvənirlər.

-- İranda 2004-cü ildən bəri Radikal qüvvələr formalaşıbmı?

-- Yox, ümumiyyətlə, dünyada bu klub formalaşma prossesindədir, hələ onların vahid klubu, qərargahı yoxdur. Əhmədinejadın siyasəti nəticəsində, radikalların klubu formalaşır. Ona Hüqo Çavez, Fidel Kastro qoşulur. Bu isə, ənənəçi və liberal klub üçün böyük təhlükədir. Hazırda Liberal-Tradisional klub, Radikal qrupa qarşı müttəfiq olub.

-- Radikal qrupların yaranmasının ABŞ-a nə faydası ola bilər?

-- ABŞ-ın dünyada 750-yə yaxın hərbi qərargahı var. Amerika istəyir ki, dünya bu hərbi qüvvələrə hər zaman ehtiyac duysun. Yeganə yol, Radikal qrupların formalaşmadan yaranmasıdır.

Xəbər lenti

Xəbər lenti