...

Söz azadlığını Müdafiə Komitəsi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcək

Siyasət Materials 7 Dekabr 2007 18:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Söz azadlığını Müdafiə Komitəsi Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verir. Bu barədə Trend ə Müdafiə Komitəsinin sədri Eldar Namazov məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyəti Müdafiə Komitəsinin dekabrın 8-də "Ukranya" meydanında mitinq keçirməsinə icazə verməyib və əvəzində onlara Bibiheybət qəsəbəsindəki stadionu təklif edib. Təşkilatçılar təklif olunan yerə baxış keçiriblər və oranın mitinq keçirilməsi üçün tamamilə əlverişsiz olduğunu aşkar ediblər.

Müdafiə komitəsi məhkəməyə şikayət ərizəsi hazırlayır. Məhkəmədən Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz hərəkətlərinə qiymət verilməsi və ölçü götürülməsi xahiş olunacaq.

"Biz bilirik ki, məhkəmələr müstəqil qərar çıxarmırlar, amma bizim məhkəməyə müraciət etməkdə məqsədimiz odur ki, bütün yerli instansiyaları keçərək, Avropa Məhkəməsinə şikayət verək"-deyə Namazov bildirib.

Xəbər lenti

Xəbər lenti