...

DİN-in sabiq əməliyyat müvəkkilinin ifadələri yenidən araşdırılacaq - baş prokuror

Siyasət Materials 10 Dekabr 2007 13:05 (UTC +04:00)
DİN-in sabiq əməliyyat müvəkkilinin ifadələri yenidən araşdırılacaq - baş prokuror

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Mərhum kriminalist Rövşən Əliyevin oğlunun qətli ilə bağlı DİN-in Baş Cinayət Axtarış İdarəsi sabiq rəisinin sifariş verib-verməməsi Baş Prokurorluq tərəfindən araşdırılacaq. Bu barədə bazar ertəsi jurnalistlərə müsahibəsində baş prokuror Zakir Qaralov məlumat verib.

DİN-in sabiq əməliyyat müvəkkili Hacı Məmmədov və onun rəhbərlik etdiyi dəstə üzvlərinin işi üzrə məhkəmə prosesində dəstə başçısı bildirmişdi ki, Rövşən Əliyevin qətlindən sonra onun oğlu Rain Əliyevin öldürülməsi ilə bağlı sabiq idarə rəisi Zakir Nəsirov ona sifariş verib. Nəsirovun bu sifarişi barədə Məmmədov mərhumun həyat yoldaşı İradə Əliyevanı məlumatlandırdığını bildirmişdi.

Məhkəmənin hökmü ilə Nəsirov əmlakı müsadirə olunmaqla ömürlük azadlıqdan məhrum edilib.

Qaralov bildirib ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin qərarı var və bu qərar Baş Prokurorluğa təqdim olunandan sonra Məmmədovun və digər proses iştirakçılarının ifadələri araşdırılacaq.

Bakı Apellyasiya Məhkəməsi Məmmədov və onun rəhbərlik etdiyi dəstənin işi ilə bağlı araşdırmaların yekununda apellyasiya prosesi zamanı təqsirləndirilən şəxslərin ifadələrində göstərilən məsələlərin yoxlanılması məqsədilə sənədlərin Baş Prokurorluğa göndərilməsi barədə xüsusi qərar qəbul edib.

Məmmədovun rəhbərlik etdiyi dəstə 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmər" əməliyyatı zamanı ifşa olunub.

MTN-də aparılan ibtidai istintaq zamanı Məmmədovun və rəhbərlik etdiyi dəstənin 1995-ci ildən 2005-ci ilədək 13 qətl və 8 adam oğurluğu və digər cinayətlər törətdiyi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti