...

Azərbaycanda insan alveri qurbanlarının müəyyən edilməsi qaydaları Nazirlər Kabinetinə təqdim olunub

Siyasət Materials 11 Dekabr 2007 15:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanda insan alveri qurbanlarının müəyyən edilməsi mexanizminin müəyyən eilməsi üçün qaydalar hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub, çərşənbə axşamı Bakıda insan alveri ilə mübarizəyə həsr olunmuş tədbirdə çıxışında Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi İmran Nəcəfov bildirib.

Azərbaycanda 2004-cü ildə İnsan Alveri ilə Mübarizədə Milli Fəaliyyət Planı qəbul edilib. Fəaliyyət Planı 2004-2007-ci illəri əhatə edir. 2007-ci il ABŞ Dövlət Departamentinin hesabatında əvvəlki illərdən fərqli olaraq Azərbaycan 3-cü qrup ölkələr sırasından bir pillə irəliləyib. Bu hesabatda Azərbaycan insan alveri ilə mübarizədə Yaponiya, Yunanıstan, Türkiyə, Rumuniya, Bolqarıstan, Estoniya və Latviya ilə bir sıradadır.

İdarə rəisi bildirib ki, Azərbaycanda insan alveri qurbanları üçün pulsuz beynəlxalq çıxışı olan və daimi fəaliyyət göstərən qaynar xəttin təşkili üçün mənzil ayrılaraq ATƏT-in Bakı ofisi tərəfindən zəruri avadanlıqla təchiz edilib. Onun sözlərinə görə, yaxın vaxtlarda qaynar xətt fəaliyyətə başlayacaq.

ABŞ Dövlət Departamenti ötən ilki hesabatında Azərbaycanda insan alveri qurbanları üçün pulsuz qaynar xəttin olmamasını irad tutub.

Xəbər lenti

Xəbər lenti