...

Azərbaycan xilasetmə işlərində istifadə olunan yeni texnika alıb – nazir

Siyasət Materials 17 Dekabr 2007 15:44 (UTC +04:00)
Azərbaycan xilasetmə işlərində istifadə olunan yeni texnika alıb – nazir

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanda fövqəladə hallarla əlaqədar alınan yeni texnikanın bir qismi artıq regionlara göndərilib. Bu barədə bazar ertəsi jurnalistlərə fövqəladə hallar naziri Kəmaləddin Heydərov açıqlama verib.

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının iki illiyi münasibəti ilə bazar ertəsi "Azadlıq" meydanında nazirlik əməkdaşları xilasetmə işlərində öz bacarıqlarını nümayiş etdiriblər.

Mərasimdə həmçinin xilasetmə işlərinə yardım edən texnika da nümayiş etdlirilib.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib və nazir Heydərov yeni alınan texnika barədə dövlət başçısına məlumat verib.

Nazir jurnalistlərə müsahibəsində isə bildirib ki, bu texnikanın hər birinin öz təyinatı var və hər biri xaricdən gətirilib: "Bu avadanlıqlar hazırda dünyada istifadə olunan ən müasir avadanlıqdır. Bura sularda xilasetmə, yanğınsöndürmə, kimyəvi zəhərlənmədən zərər çəkən ərazilərin təmizlənməsi, ilkin tibbi yardım üçün avadanlıq və texnika daxildir". Onun sözlərinə görə, texnikanın bir qismi artıq regionlara göndərilib.

Yeni gətirilən yanğınsöndürmə maşınlarının sayı 232 ədəddir. Texniknın alınması işi davam etdirilir.

Azərbaycan vətəndaşlarının təhlükəsiz yaşamaq, işləmək və istirahətini təmin etmək məqsədilə 2005-ci il dekabrında 16-da Azərbaycan prezidenti Əliyevin fərmanı ilə Fövqəladə Hallar Nazirliyi yaradılıb. Həmin vaxt fövqəladə hallarla məşğul olan müvafiq qurumlar da nazirliyin tabeçiliyinə verilib.

Xəbər lenti

Xəbər lenti