...

ABŞ Ermənistanda "Azərbaycan həftəsinin" keçirilməsini dəstəkləyir - səfir

Siyasət Materials 17 Dekabr 2007 19:58 (UTC +04:00)
ABŞ Ermənistanda "Azərbaycan həftəsinin" keçirilməsini dəstəkləyir - səfir

Azərbaycan, Bakı / muxbir Trend K.Ramazanova / ABŞ Ermənistanda "Azərbaycan həftəsinin" keçirilməsini dəstəkləyir. Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi deyib.

Dekabrın 17-də Ermənistanda Böyük Britaniyanın bu ölkədəki səfirliyinin yardımı ilə təşkil olunan "Azərbaycan həftəsi" başlayıb.

"ATƏT-in Minsk qrupunun üzvü olaraq ABŞ bölgədə sülhüt tərəfdarıdır və iki ölkə arasında dialoqu dəstəkləyir", - səfir dedi.

Tədbirdə iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin nümayəndələri və respublikanın hüquq müdafiəçiləri daxildir. "Azərbaycan həftəsi" çərçivəsində məktəblilər "Azərbaycanı necə təsəvvür edirəm" və "Ermənistan və Azərbaycanın gələcəyini necə görürəm" mövzularında inşa yazacaqlar. Tədbirdə həmçinin Luiza Poqosyanın Ermənistan və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ əraziləri barəsində "Sərhədləri açın" filmi nümayiş olunacaq.

Azərbaycan Xarici işlər Nazirliyi Ermənistanda "Azərbaycan həftəsini" Azərbaycan haqqında düzgün informasiyanın verilməsi imkanı kimi baxırlar. Bu barədə bu gün jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib.

Xəbər lenti

Xəbər lenti