...

Azərbaycan müşahidəçiləri Qırğızıstanda keçirilən seçkiləri demokratik hesab edir

Siyasət Materials 18 Dekabr 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir D.Babayeva/ Dekabrın 16-da Qırğızıstanda keçirilən parlament seçkilərində kiçik qanun pozuntuları qeydə alınıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının Bişkekin doqquz seçki məntəqəsində seçkilərin gedişini müşahidə edən üzvü Oqtay Hümbətli məlumat verib.

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının üç üzvündən (Tamam Cəfərova, Oqtay Hümbətli və Rəşidə Yusifbəyli) ibarət nümayəndə heyəti Qırğızıstanda keçirilən parlament seçkilərində MDB ölkələrindən olan müşahidəçilər qismində iştirak edib.

Hümbətlinin sözlərinə görə, məntəqələrin birində siyahıda 300 seçicinin adı olmayıb.

Hümbətli Qırğızıstanın MSK sədrinin əvəz edilməsini qanun pozuntusu adlandırıb və bu, ölkənin müxalifət partiyalarının narazılığına səbəb olub.

"Ümumilikdə Qırğızıstanda parlament seçkiləri demokratik şəraitdə və beynəlxalq normalara uyğun keçib" - deyə Hümbətli bildirib.

Xəbər lenti

Xəbər lenti