...

Azərbaycan XİN başçısı: Azərbaycanla Ermənistan arasında hər hansı anlaşma əldə edildikdən sonra xalq diplomatiyasından istifadə oluna bilər

Siyasət Materials 19 Dekabr 2007 00:33 (UTC +04:00)
Azərbaycan XİN başçısı: Azərbaycanla Ermənistan arasında hər hansı anlaşma əldə edildikdən sonra xalq diplomatiyasından istifadə oluna bilər

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Azərbaycanla Ermənistan arasında hər hansı anlaşma əldə edildikdən sonra xalq diplomatiyasından istifadə oluna bilər. Bunu dekabrın 18-də jurnalistlərin suallarını cavablandırarkən xarici işlər naziri Elmar Məmmədyarov deyib. "İki ölkə nümayəndələrinin qeyri-hökumət təşkilatları səviyyəsindəki görüşlərində problem görmürəm" - deyə o bildirib.

Məmmədyarovun sözlərinə görə, hər hansı anlaşma əldə edilsə, xalqa bu barədə məlumat veriləcək.

Nazir həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin Madriddə tərəflərə təqdim etdiyi sənədə toxunub. O qeyd edib ki, hazırda bu sənəd üzərində iş aparılır. "Mən bu sənədi müsbət dəyərləndirirəm. Lakin orada düzəlişlərə ehtiyac duyulan müəyyən məqamlar var. Elə məqamlar var ki, Azərbaycan onlarla razılaşmır. Lakin biz onların üzərində işləməyə hazırıq" - deyə nazir əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti