...

Azərbaycan prezidenti Bakının Nərimanov rayonunda salınan yeni yolun açılış mərasimində iştirak edib

Siyasət Materials 19 Dekabr 2007 12:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov, Y.Əliyev / Azərbaycan prezidenti Ilham Əliyev Bakı şəhərinin Nərimanov rayonunda salınan yeni yolun istifadəyə verilməsi ilə bağlı dekabrın 19-da keçirilən mərasimdə iştirak edib.

Həsən Əliyev prospekti və Molla Cümə küçələrinin kəsişdiyi əraziyə gələn dövlət başçısına məlumat verilib ki, Həsən Əliyev prospektinin 700 metrlik hissəsinə ən müasir standartlar səviyyəsində asfalt döşənib. Prospektin eni 22 metrdir. Burada hərəkət 4 cərgəlidir. Hər bir cərgənin eni isə 7,5 metrdir. Yolun qalan hissəsini təhlükəsizlik zolağı təşkil edir. Sentyabrın 1-dən başlayan inşaat işləri çərçivəsində salınan yollar Həsən Əliyev, Maqsud Əlizadə, Teymur Əliyev, Salamzadə küçələrini Əhməd Rəcəbli küçəsi ilə, Aşıq Molla Cümə küçəsini isə Ziya Bünyadov prospekti ilə birləşdirir, bu da ərazidə nəqliyyatın hərəkətini tənzimləməyə yardım edir. Ümumilikdə bu ərazidəki yol tikinti işlərində 60 min kvadrat metr asfalt örtüyü, 4000 mindən çox dekorativ bəzək kolları və ot örtüyündən istifadə olunub. Yol boyunca palma ağacları da əkilir. Salınan yaşıllıqlara xidməti asanlaşdırmaq ücün xüsusi su xətləri çəkilib, işıqlandırma sistemi quraşdırılıb.

Ərazidə işlər Nərimanov rayonu ərazisindəki beynəlmiləl qəbiristanlığın köçürülməsindən sonra başlayıb. Qəbiristanlığın köçürülməsi haqda sərəncamı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu il avqustun 17-də verib. Proses avqustun 20-dən başlanıb. Köçürülən qəbirlər üçün Hövsan qəbiristanlığında yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti