...

Gəncədə xidmət intizamını pozan 150 polis cəzalandırılıb

Siyasət Materials 19 Dekabr 2007 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Gəncə şəhərinə bir ay öncə təyin olunan yeni polis rəisi, xidmət intizamını pozduğuna görə, 150 polisi cəzalandırıb. Gəncə şəhər Baş Polis İdarəsindən çərşənbə günü Trend ə bildiriblər ki, xidmət intizamını pozan polislərə töhmət və şiddətli töhmət verilib.

Noyabrın 20-də Gəncənin polis rəisi Qərib Həsənov vəzifəsindən çıxarılıb. 11 il Gəncənin polis rəisi vəzifəsində çalışan Həsənovun yerinə Rasim Musayev təyin olunub. Musayev vəzifəyə təyin olunduqdan sonra polis orqanlarında yoxlamalara başlanıb.

Polis İdarəsindən faktla bağlı əlavə məlumat verilməyib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti