...

Beynəlxalq Böhran Qrupu Gürcüstan hakimiyyətini ölkənin avtoritar idarə edilməsindən imtina etməyə çağırıb

Siyasət Materials 20 Dekabr 2007 14:04 (UTC +04:00)
Beynəlxalq Böhran Qrupu Gürcüstan hakimiyyətini ölkənin avtoritar idarə edilməsindən imtina etməyə çağırıb

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva// Beynəlxalq Böhran Qrupu (International Crisis Group) Gürcüstan hökumətini 2008-ci il yanvarın 5-də azad və ədalətli seçkilər keçirməyə, KİV azadlığına, vətəndaş azadlığına və insan hüquqlarına hörmət etməyə çağırır. Bu barədə Qrupun dünən yayılan Gürcüstan üzrə sonuncu məruzəsində bildirilir. Beynəlxalq Böhran Qrupu hökuməti islahatlar prosesində şəffalığı və hesabatlılığı təmin etməyə, açıq, demokratik idarəetmənin inkişafına yardım etməyə, Qanunun aliliyi prinsipinə əsaslanmağa, ədalət məhkəməsi sistemininin müstəqilliyini təmin etməyə, müxalifət partiyaları ilə konstruktiv dialoqa çağırır. Gürcüstana Rusiya ilə ticarət, nəqliyyat, sərhəd nəzarəti, terrorizmlə, mütəşəkkil cinayətkarlıq, silahların, narkotiklərin yayılması da daxil olmaqla, potensial əməkdaşlıq sahələrini öyrənmək, Abxaziya və Cənubi Osetiya ilə dialoqa girmək təklif olunub. Öz məruzəsində Beynəlxalq Böhran Qrupu ABŞ-ı, Avropa İttifaqını, NATO -nu və hər iki təşkilata üzv ölkələri Gürcüstanda müəyyən rejimi deyil, demokratik idarəetməni dəstəkləməyə, vətəndaş cəmiyyətinə, xalq müdafiəçilərinə, həmçinin, KİV-in azadlığının möhkəmləndirilməsinə yönələn səylərə daha intensiv dəstək olmağa çağırır.

Xəbər lenti

Xəbər lenti