...

Seçki Məcəlləsinə dair Venesiya Komissiyası ilə danışıqlar yanvarda yekunlaşacaq

Siyasət Materials 21 Dekabr 2007 17:34 (UTC +04:00)
Seçki Məcəlləsinə dair Venesiya Komissiyası ilə danışıqlar yanvarda yekunlaşacaq

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hesab edir ki, Seçki Məcəlləsinin və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi üçün beynəlxalq qurumlarla aparılan müzakirələr, Andres Herkelin dediyi kimi, heç də ləng getmir. Bu barədə Səmədov cümə günü Trend ə açıqlamasında bildirib.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel Trend ə müsahibəsində bildirib ki, Seçki Məcəlləsinin və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi prosesi çox ləng gedir. O, hesab edir ki, Azərbaycan bu iki qanunvericilikdəki problemləri gələn ilin əvvəlində aradan qaldırsa yaxşı olar. Herkel həmçinin bildirib ki, Azərbaycanda gələn il prezident seçkisi ili olduğundan ölkədə jurnalistlərin həbsi yaxşı əlamət deyil və seçkiöncəsi yaxşı mühit yaratmır.

Səməd Seyidov bildirib ki, Herkel Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi üçün Azərbaycan və Venesiya Komissiyası nümayəndələrindən ibarət işçi qrupunda təmsil olunmur: "Azərbaycanın iki qanunvericiliyi ilə bağlı danışıqlar normal gedir və yanvarda başa çatacaq"-deyə Səmədov bildirib.

O, əlavə edib ki, ölkədə nəinki jurnalistlərin, hər bir vətəndaşın vətəndaşın həbsi yaxşı hal deyil, çünki bu, insan azadlığının məhdudlaşması deməkdir.

Gələn ilin fevralında AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevqeniya Jivkova Azərbaycana səfər edəcəklər. Seyidov bildirib ki, Azərbaycan daim Avropa Şurasının monitorinqi altında olan ölkədir və həmməruzəçilər də AŞ qarşısında götürülən öhdəliklərin yerinə yetirilmə səviyyəsi ilə maraqlanacaqlar.

Xəbər lenti

Xəbər lenti