...

Azərbaycan prezidenti dünya azərbaycanlılarını təbrik edib

Siyasət Materials 25 Dekabr 2007 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Əlizadə/. Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı 31 dekabr- Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə dünyada yaşayan azərbaycanlıları təbrik edib. Bayramla əlaqədar dövlət başçısının dünya azərbaycanlılarına ünvanladığı təbrikində qeyd olunub ki, 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il ümummilli bayram kimi təntənə ilə qeyd edilir: "Onun əsas məzmununu xalqımızın milli mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir. Bu yüksək ideyaların birləşdirici dəyərlər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin müqəddəs amalı idi. Müstəqillik illərində dünya azərbaycanlılarının həmrəyliyi ideyası ictimai təşəbbüslərdən və fərdi duyğulardan əməli işə, çoxşaxəli fəaliyyət planına və dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanlıların yığcam yaşadıqları ölkələrdə təşkilatlanması, birlik və mütəşəkkilliyinin gücləndirilməsi, tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı və məqsədyönlü tədbirlər görülüb". Prezident vurğulayıb ki, bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrdə nüfuzlu və fəal toplum kimi çıxış edir, cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayırlar: "Digər tərəfdən, Azərbaycan Respublikası insan hüquqlarına dair beynəlxalq sənədlərdə əksini tapmış prinsipial müddəalardan çıxış edərək, bütün dünyada soydaşlarımızın vətəndaş hüquqlarının qorunması üçün əməli tədbirlər görür".

Dövlət başçısı hesab edir ki, dünya azərbaycanlılarının qarşısında duran əsas vəzifələrdən biri məkrli erməni təbliğatını ifşa etmək və ona qarşı aktiv hüşum mövqeyi tutmaqdır.

Xəbər lenti

Xəbər lenti