...

Bayram günlərində paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Siyasət Materials 27 Dekabr 2007 12:53 (UTC +04:00)
Bayram günlərində paytaxtın mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ "Yeni il" şənliklərinin keçirilməsi ilə əlaqədar paytaxtın mərkəzi küçələrində bayram günləri avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Daxili İşlər Nazirliyindən cümə axşamı Trend ə verilən məlumata gorə, "Azadlıq" meydanı istiqamətindəki küçələrdə dekabrın 31-i saat 18.00-dan sonra hərəkət dayandırılacaq. Hazırda avtomobillərin hərəkət edəcəyi istiqamətlər müəyyənləşdirilir.

DİN-dən bildirilib ki, bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Dekabrın 31-də respublika səviyyəsində bayram şənliyinin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti