...

Bhuttonun ölümü ilə Pakistan öz səhvlərinin cəzasını çəkir - Azərbaycanın din xadimi

Siyasət Materials 27 Dekabr 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin rəhbəri, din xadimi İlqar İbrahimoğlu hesab edir ki, Pakistanın keçmiş Baş naziri, müxalifət lideri Bənəzir Bhuttonun öldürülməsi ilə, radikal qruplaşmalar hakimiyyətə gəlmək üçün özlərinin əsas rəqiblərini sıradan çıxardılar. Bu barədə İbrahimoğlu cümə axşamı Trend ə açıqlamasında bildirib.

Bhutto Pakistanın Ravalpint şəhərində törədilən terror aktı nəticəsində həlak olub.

İbrahimoğlu bildirib ki, Pakistanda antidemokratiyanın, avtoritar rejimin hökm sürməsi, insan haqlarının pozulması belə terror aktlarının baş verməsinə səbəb olur: "Bu terror aktı Pakistanın səhvlərini təkrar edən ölkələrə dərs olmalıdır. Pakistan öz səhvlərinin cəzasını çəkir" -deyə İbrahimoğlu bildirib.

Onun fikrincə, Pakistanda sivil mövqedə dayanan yeganə lider Bhutto idi və buna

görə də, bu terror radikal çevrələrin hakimiyyətə gəlməsi işini asanlaşdırır.

İbrahimoğlu hesab edir ki, Pakistanda qeyri-demokratik vəziyyət radikal, terrorçu qruplaşmaların güclənməsinə şərait yaradır.

Xəbər lenti

Xəbər lenti