Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Gələn il Azərbaycan ilə NATO arasında Fərdi tərəfdaşlıq proqramı çərçivəsində 160 tədbir keçiriləcək. Bu barədə 2007-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycan müdafiyə nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Səfərov məlumat verib.
Azərbaycanla NATO arasında Fərdi əməkdaşlıq proqramının 1-ci mərhələsi bu il başa çatdı. Proqramın 2-ci mərhələsi 2008-2009-cu illərdə həyata keçiriləcək.
Səfərov bildirib ki, yanvarın 1-dən Azərbaycan Milli ordusunun bütün hissələri NATO standartlarına uyğunlaşdırılacaq. Onun sözlərinə görə, gələn il Fərdi tərəfdaşlıq proqrammı çərçivəsində NATO ilə birgə 56 kurs, 19 seminar, 12 ekspert görüşləri, 1 7 konfrans, 5 təlim, 20 işçi görüşün və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
Mətbuat xidmətinin rəhbəri həmçinin deyib ki, gələn il Azərbaycan ilə Belçika, Moldova, Çin, Estoniya ölkələri arasında ikitərəfli hərbi əməkdaşlığa dair sazişin imzalanması planlaşdırılıb.
Azərbaycanın 20 ölkə ilə hərbi əməkdaşlığa dair sazişi mövcuddur.