...

Rusiya İrana yanacaq versə də, rəsmi Tehrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb etməyə haqqı yoxdur -ekspert

Siyasət Materials 28 Dekabr 2007 14:53 (UTC +04:00)
Rusiya İrana yanacaq versə də, rəsmi Tehrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb etməyə haqqı yoxdur -ekspert

Azərbaycan, Bakı / "Trend , müxbir D.Xatınoğlu/ Rusiyanın iki ölkə arasında olan öhdəliklər və müqavilələr çərçivəsində, İrana nüvə yanacağı verməsi, onun rəsmi Tehrandan uranın zənginləşdirilməsini dayandırmaq tələbinə əsas verə bilməz. "Rusiya İrana yanacaq versə də, rəsmi Tehrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb etməyə haqqı yoxdur"- deyə, Londonun Yurosevik (Urosevic Research Foundation of London) Tədqiqat Fondunun sədri, Piruz Müctəhidzadə Trend ə bildirib.

İran Nüvə Təşkilatı sədrinin müavini Əhməd Fəyyaz dekabrın 28-də mətbuata açıqlamasında Rusiyanın ikinci dəfə Buşəhr nüvə stansiyasının yanacaq verdiyini bildirib. Onun dediklərinə əsasən, Rusiya İrana rəsmi müqavilələr çərçivəsində, 82 ton nüvə yanacağını səkkiz mərhələdə verməlidir. Hazırda rəsmi Moskva İrana 22 ton nüvə yanacağı təhvil verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki gün bundan əvvəl bildirib ki, biz İranın nüvə stansiyalarının yanacağını təmin edirik və bu ölkənin uranın zənginləşdirməsinə ehtiyacı yoxdur.

Tehran Geopolotika Universitetinin Professoru Müctəhidzadə cümə günü Tehrandan telefonla bildirib ki, Rusiya İranın nüvə məsələsində öz mənafeyinə uyğun mövqe tutur və bu da təbiidir. "Lakin, rəsmi Moskvanın İrandan uranı zənginləşdirilməsini dayandırmağı tələb etməsi absurddur. Rusiya İranla nüvə yanacağı müqaviləsi bağlayanda, Büşəhr stansiyası nəzərə tutulub. Hazırda İranın bir neçə nüvə stansiyası vardır və onlar nüvə yanacağı ilə təmin olunmalıdır. Beləliklə, İran özü uranı zənginləşdirməlidir" -deyə, Müctəhidzadə bildirib.

Fondun sədrinin fikrincə, Rusiya İranla və Qərblə öz mənafeyinə uyğun geosiyasət oyunları çərçivəsində hərəkət edir və təbiidir ki, rəsmi Tehran Moskvadan mərhəmət ummamalıdır.

Qərb, uranın zənginləşdirilməsi planını dayandırmadığı təqdirdə, İrana daha artıq təzyiq gəstərəcəyini bildirib. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında İrana yeni sanksiyaların tətbiq olunması barədə fikir ayrılığı olsa da, ABŞ 2008-ci ilin əvvəllərində İrana qarşı 3-cü Qətnamənin tətbiq olunacağına əmin olduğunu bildirib.

Müctəhidzadə bildirib ki, nüvə məsələsilə bağlı, ABŞ-ın İranla xüsusi problemi yoxdur - əsas söhbət İran-İsrail arasındakı konfliktdir. "İran-ABŞ arasında ideologiya ziddiyyəti vardır. ABŞ-ın İrana nüvə məsələsi üzrə təzyiqləri tamamilə əks nəticə verdi. Amerika bu oyunda uduzdu. Bu məsələni son iki ayda aydın görürük. ABŞ xarici işlər idarəsinin sədri Kondoliza Raysın, İranın uranın zənginləşdirilməsi prosesinini dayandırması şərti ilə, iki ölkə arasında birbaşa müzakirələri vəd etməsi, yaxud, ABŞ Milli İnformasiya Mərkəzinin İranın nüvə silahı istehsal etməməsinə dair son məruzəsi, ABŞ - ın uğursuz siyasətinin göstəricisidir"-deyə, ekspert bildirib. Onun fikrincə, İrana qarşı BMT Təhlükəsizlik Şürasının 3-cü Qətnaməsinin təsdiqi gözlənilmir, təsdiq olduğu təqdirdə isə, İran tərəfi bu Qətnaməyə etinasız yanaşacaqdır.

Xəbər lenti

Xəbər lenti