...

Azərbaycan prezidenti Türkiyənin kənd təsərrüfatı və kənd işləri naziri Mehmet Mehdi Ekerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 28 Dekabr 2007 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Prezident sarayında Türkiyənin kənd təsərrüfatı və kənd işləri naziri Mehmet Mehdi Ekerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Eker Türkiyə və Azərbaycanın kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlığın uğurla həyata keçirildiyini və bir sıra istiqamətlərdə konkret sazişlərin olduğunu bildirib. O, bu sahədə birgə layihələrin həyata keçirilməsi üçün yaxşı imkanların mövcud olduğunu deyib. Türkiyədə kənd təsərrüfatı sektoruna xüsusi önəm verildiyini qeyd edən qonaq, ölkəsinin Azərbaycanla bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinə hazır olduğunu vurğulayıb.

Dövlət başçısı kənd təsərrüfatının istər ölkənin ümumi iqtisadiyyatı, istərsə də, məşğulluğun təmin edilməsi baxımından çox mühüm sahə olduğunu qeyd edib. Azərbaycanda əhalinin böyük bir hissəsinin regionlarda yaşadığını deyən Prezident Əliyev kənd təsərrüfatının inkişaf etdirilməsi üçün hökumət tərəfindən müvafiq proqramların həyata keçirildiyini, fermerlerə lazımi kömək göstərildiyini bildirib. Azərbaycan Prezidenti Türkiyənin kənd təsərrüfatı sahəsində təcrübəsinin ölkəmiz üçün maraqlı olduğunu və bu baxımdan, iki ölkənin müvafiq nazirlikləri arasında təcrübə mübadiləsinin bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti