...

İşgəncələrdən ölüm faktları daha çox orduda qeydə alınıb - hesabat

Siyasət Materials 1 Fevral 2008 15:04 (UTC +04:00)

Az?rbaycan, Bak?, 1 fevral / Trend , muxbir K.Z?rbal?yeva/ Ötən il Azərbaycanda 4 nəfər işgəncələrin qurbanı olub. Bu haqda Azərbaycan İşgəncələr Əleyhinə Komitənin ötən ilin yekunlarına aid hazırladığı hesabatda məlumat verilib.

Komitənin sədri Elçin Behbudov cümə günü Trend ə bildirib ki, işgəncə nəticəsində dünyasını dəyişənlərin böyük qismi Müdafiə Nazirliyinin hərbi hissələrində xidmət edən əsgərlər olub.

Hesabatda qeyd olunub ki, ötən il 63 nəfər işgəncələrə məruz qalıb. İşgəncə faktlarının böyük qismi isə polis orqanlarında qeydə alınıb. Behbudovun sözlərinə görə, polis orqanlarında işgəncələr ibtidai istintaq zamanı saxlanılan şəxsdən ilkin ifadə alınarkən verilir.

Hesabatın Komitəyə edilən müraciətlər əsasında hazırlandığını deyən Behbudov bildirib ki, müraciət edənlər işgəncəyə məruz qalanların ailələri, vəkilləri və işgəncə qurbanlarının özləri olub.

Əvvəlki illərlə müqayisədə işgəncə faktlrının azalmadığını vurğulayan Komitə sədri hesab edir ki, işgəncə verən şəxslərin cəzalandırılmaması bu faktların artmasına səbəbdir. O qeyd edib ki, işgəncələr əksər hallarda bu faktların qeydə alındığı orqanların rəhbərləri tərəfindən təsdiq olunmur, gizlədilir.

Behbudov işgəncə faktlarının araşdırılması üçün İşçi qrupa ehtiyac olduğunu və bu barədə prezidentə müraciət etdiyini deyib.

Hesabat Avropa Şurasının, BMT-nin İşgəncələrə dair komissiyalarına, İşgəncələrə qarşı Ümumdünya Təşkilatına, ATƏT-ə və Azərbaycan hökumətinə təqdim olunacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Trend ə bildirib ki, hazırlanmış hesabat nazirliyə təqdim olunacağı halda həmin faktların hər biri araşdırılacaq və müvafiq tədbirlər görüləcək. Zahidov işgəncələrin böyük əksəriyyətinin polis orqanlarında baş verməsi ilə bağlı məlumatın həqiqətəuyğun olmadığını vurğulayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə Komitənin hesabatı barədə xəbərsiz olduqları üçün bununla bağlı şərh verməkdən imtina ediblər.

Xəbər lenti

Xəbər lenti