...

Prezident Ilham Əliyev Avropa İttifaqı Üçlüyünün nümayəndə heyətini qəbul edib

Siyasət Materials 4 Fevral 2008 20:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral / Trend / Prezident Ilham Əliyev bazar ertəsi Avropa İttifaqına sədrlik edən Sloveniya Respublikasının xarici işlər naziri Dmitri Rüpelin başçılıq etdiyi və Avropa Qonşuluq Siyasəti və Xarici Əlaqələr üzrə Avropa komissarı xanım Benita Ferrero-Valdnerin daxil olduğu Avropa İttifaqı Üçlüyünün nümayəndə heyətini qəbul edib.Prezident Əliyev Avropa İttifaqı Üçlüyünün regiona səfərinin əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar yaradaca əmin olduğunu vurğulayıb. Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti