...

Litvanın Baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 4 Fevral 2008 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir K.Ramazanova/ Litvanın Baş naziri Gediminas Kirkilas (Gediminas Kirkilas) aprelin ikinci yarısında Azərbaycana səfər edəcək. Bu barədə Trend -ə bazar ertəsi Litvanın Azərbaycandakı səfiri Kudzmanas Kyastutis məlumat verib.

"Baş nazirin səfəri apreldə baş tutacaq. Hazırda Azərbaycanın Xarici İşlər Nazirliyi ilə konkret tarix razılaşdırılır", -səfir bildirib.

Səfərin gedişində iki ölkənin ticarət-iqtisadi əməkdaşlığının daha vacib məsələlərini, beynəlxalq və regional iqtisadi və nəqliyyat layihələrini, energetik əməkdaşlığı müzakirə etmək planlaşdırılır.

Baş naziri Litva hökumətinin nümayəndələri, ölkənin işgüzar adamları müşayiət edəcəklər. Bu dövrdə Bakıda iki ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes-forum keçiriləcək.

Səfir hər iki ölkə hökumətində Litva hökuməti rəhbərinin qarşıdakı səfəri zamanı imzalanması planlaşdırılan ikitərəfli əməkdaşlığın inkişafına dair razılaşma layihələrinin hazırlandığını bildirib. Sənədlər nəqliyyat, iqtisadiyyat və s. kimi sahələri əhatə edir.

Xəbər lenti

Xəbər lenti