...

Xəstə, ölü heyvan ətlərini vətəndaşlara satan Bakı şəhər sakinləri həbs olunub

Siyasət Materials 7 Fevral 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral / Trend , müxbir K. Zərbalıyeva/ Xəstə, ölü heyvan ətlərini sağlam ət kimi vətəndaşlara satan Bakı şəhər sakinləri həbs olunub. Bakı şəhər prokurorluğundan cümə axşamı Trend ə bildirilib ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən keçirilən yoxlama zamanı 30 yanvar 2008-ci il tarixdə Şahverdiyev Sərdar Mirsahib oğluna məxsus qarajda mənşəyi məlum olmayan 1002 kq ,  Əliyev Hamlet Sultan oğluna məxsus ət və ət məhusllarının qəbulu və satışı obyektində qida üçün yararsız vəziyyətdə olan, satmaq üçün hazırlanmış 938 kq , Məmmədov Allahverdi İdris oğluna məxsus ət və ət məhsullarının qəbulu və satışı obyektində keyfiyyəti şübhə doğuran, satmaq üçün hazırlanmış ümumi çəkisi 400 kq, fevralın 1-də Rəcəbov Təvəkkül Qardaşəli oğluna məxsus ət qəbulu və satışı obyektində satmaq üçün hazırlanmış, ümumi çəkisi 1845 kq olan və qida üçün yararsız vəziyyətdə olan ət məhsullarının olduğu aşkar edilib.İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar əsasında Bakı şəhər prokurorluğu tərəfindən fevralın 1-də dələduzluq (178.2.4) maddəsi ilə fakta görə cinayət işi başlanıb. İbtidai istintaq zamanı qeyd edilən cinayət əməlini törətmiş şəxslər-- Sərdar Şahverdiyev, Hamlet Əliyev, Təvəkkül Rəcəbov və Allahverdi Məmmədov saxlanılıb və onlara qarşı dələduzluq ittihamı irəli sürülərək, barələrində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti

Xəbər lenti