...

DTİHB-in Rusiyadakı seçkilərə gəlməkdən imtina etməsi demarşdır-Margelov

Siyasət Materials 7 Fevral 2008 18:41 (UTC +04:00)
DTİHB-in Rusiyadakı seçkilərə gəlməkdən imtina etməsi  demarşdır-Margelov

Federasiya Şurasının Beynəlxalq İşlər üzrə Komitəsinin sədri Mixail Margelov ATƏT DTİHB-in prezident seçkilərini müşahidə etmək üçün Rusiyaya müşahidəçi göndərməkdən imtina etməsinin demarş olduğunu hesab edir.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu və Parlament Assambleyası müşahidəçilərin sayı və onların iş müddətləri üzrə məhdudiyyətlərə görə, martın 2-də Rusiyada keçiriləcək prezident seçkilərinin monitorinqi üçün missiya göndərməyəcəklərini bildiriblər.

"DTİHB rəhbərliyi Rusiyaya bu gün Avorpa siyasi mədəniyyətinə xas olan dilaoqun yerinə yolverilməz formada ultimatum qoyub", - Margelov RİA "Novosti"-ə bildirib.

Bu qərarın belə miqyaslı beynəlxalq təşkilata "layiq olmadığını" qeyd edən senator, onun ATƏT-in xidməti borcunu yerinə yetirməməsi olduğunu əlavə edib.

"Əgər Rusiyanın Mərkəzi Seçki Komissiyası müşahidəçilərin arasında DTİHB görmək istəməsəydi, o, dəvətlərlə, ümumiyyətlə, məşğul olmazdı - bu yaxınlarda Polşadakı seçkilərin təşkilatçıları belə ediblər", -o bildirib.

ATƏT DTİHB -in Rusiyaya müşahidəçilər göndərməkdən imtina etməsinin ilk dəfə olmadığını xatırladan senator, təşkilat rəhbərliyinin "formal məqamlara yersiz irad tutmaqla" bu qərarı qəbul etdiyi rəyini söyləyib.

"DTİHB-in demarşı bütün münasibətlərdə, ilk növbədə isə, ATƏT nümayəndələrinin yoxluğunun seçkiləri qeyri-legitim etmədiyi üçün mənasızdır", - Margelov bildirib.

Onun sözlərinə görə, Rusiyada seçkilərdə əcnəbi müşahidəçilərin iştirakının onun demokratik nailiyyətlərini hər hansı bir şəkildə azaltdığını hesab etmirlər.

"DTİHB-in martda öz mandatını icra etməkdən imtina etməsi təəssüf doğurur", - o əlavə edib.

RF MSK ilkin olaraq, DTİHB müşahidəçiləri üçün 70 nəfərlik kvota qoyub, missiyanın gəlmə tarixini isə, fevralın 27-28-nə təyin edib. Büro MSK-dan təkcə prezident deyil, parlament seçkilərini də müşahidə etmək üçün imkan istəyib. MSK-a həm müşahidəçilərin sayı, həm də missiyanın işinin müddəti ilə bağlı olaraq, DTİHB ilə razılaşıb. Rusiya artıq üçüncü gün DTİHB-in beş texniki mütəxəssisini, həmçinin, fevralın 8-dən 20 nəfərdən ibarət müşahidəçi qrupunu, fevralın 20-dən isə, qalan 50 müşahidəçini qəbul etməyə hazır olub.

RF XİN-dən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun əvvəlcədən monitorinqin qarşılıqlı məqbul şərtləri haqqında razılaşmağa can atmadığını, seçkiləri müşahidə etməkdən imtina üçün özünə əsas hazırladığını bildiriblər. RF XİN-in rəsmi nümayəndəsi Mixail Kamınin DTİHB-in müşahidəçiləri göndərməkdən imtina etməsi haqqında səbəblərini anlaşılmaz adlandırıb.

Xəbər lenti

Xəbər lenti