Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Qarslıoğlunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Dövlət başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, səfir kimi fəaliyyəti dövründə Qarslıoğlunun bu münasibətlərin daha da genişlənməsi işinə töhfə verdiyini qeyd edib. Səfir Azərbaycan -Türkiyə əlaqələrinin bütün sahələrdə bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib və Bakıda diplomatik fəaliyyəti dövründə ona Azərbaycan hökuməti və şəxsən Prezident İlham Əliyev tərəfindən göstərilən diqqətə görə minnətdarlığını bildirib.