...

Azərbaycanın eks-spikeri prezident seçkisində iştirak etməyəcək

Siyasət Materials 13 Fevral 2008 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycanın eks-spikeri Yaqub Məmmədov oktyabrda keçiriləcək prezident seçkisində iştirak etməyəcək. Bu barədə çərşənbə günü Trend ə Məmmədov özü məlumat verib.

Məmmədov 2005-ci il parlament seçkilərində yaranan "Yeni Siyasət" blokunun təsisçilərindən biri olmuşdu və millət vəkilliyinə namizədliyini irəli sürmüşdü.

Prezident seçkisində iştirakdan imtinasının səbəblərinə toxunmayan Məmmədov əlavə edib ki, bu addım heç də onun özünə inamsızlığından irəli gəlmir. "Mənim ictimaiyyət arasında kifayət qədər nüfuzum var və özümə inanıram. Sadəcə olaraq seçkidə iştirak barədə qərarım yoxdur" eks-spiker əlavə edib. Məmmədov vurğulayıb ki, seçkidə iqtidarın qələbə qazanmaq şansı daha çoxdur: Onun fikrincə, müxalifətçilər hələ də münasibətləri aydınlaşdırmaqla, bir-birlərini ittiham etməklə məşğuldurlar və müxalifətdə vahid mövqe yoxdur. Eks-spiker müxalifətin bir araya gəlməsini də real hesab etmir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti