...

Avropa Şurası Nazirlər Komitəsinin sədri Azərbaycana gələcək

Siyasət Materials 14 Fevral 2008 15:09 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsinin sədri Azərbaycana gələcək

Fransa, Strasburq, 14 fevral / Trend , müxbir A.Məhərrəmli/ Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubiş 31 mart- 1 apreldə Azərbaycanda səfərdə olacaq. Bu barədə cümə günü Trend ə Slovakiyanın Avropa Şurası yanında Daimi Nümayəndəliyindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, Avropa Şurası Nazirlər Komitəsinin sədri Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycanda olacaq.

Daimi nümayəndəlikdən bildiriblər ki, Kubiş fevralın 25-26-da Ermənistana da səfər edəcək.

Slovakiya 2007-ci il noyabrın 12-dən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.

Xəbər lenti

Xəbər lenti