...

Azərbaycanın müdafiə naziri İrana səfər edəcək

Siyasət Materials 16 Fevral 2008 16:17 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri İrana səfər edəcək

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir K.Ramazanova/ Yaxın günlərdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin İrana rəsmi səfəri planlaşdırılır. Bu barədə şənbə günü Trend ə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məcid Feyzullahi məlumat verib.

Nazir iranlı həmkarı Mustafa Muhamməd-Najjarın (Mostafa Mohammad-Najjar) dəvəti ilə səfər edəcək.

PressTV-nin verdiyi xəbərə görə, Səfər Əbiyevin rəhbərliyi ilə Müdafiə Nazirliyin nümayəndə heyəti İrana fevralın 18-də gedəcək.

TV-nin məlumatına əsasən, səfər zamanı ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir. Nazir həmçinin, ölkənin rəsmi şəxsləri ilə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti