...

Azərbaycan kürd terrorçuları ilə mübarizə aparmağa hazırdır – XİN-in mətbuat katibi

Siyasət Materials 18 Fevral 2008 14:27 (UTC +04:00)
Azərbaycan kürd terrorçuları ilə mübarizə aparmağa hazırdır – XİN-in mətbuat katibi

Azərbaycan, Bakı, 18 fevral/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Kürd Fəhlə Partiyasının terrorçu bazalarının yerləşdirilməsinə ciddi münasibət göstərməyə çağırır.

"KFP hərbi bazalarının Dağlıq Qarabağda yerləşdirilməsi haqqında məlumat ciddi qəbul edilməlidir" - bazar ertəsi Azərbaycan XİN-in mətubat katibi Xəzər İbrahim jurnalistlərə bildirib.

İsrailin xüsusi xidmət orqanları Türkiyənin İraqla sərhəddə hərbi əməliyyata başlamasından sonra terrorçu qrupların Dağlıq Qarabağda yerləşməsi haqqında məlumatı təsdiqləyib.

İbrahimin sözlərinə görə, Azərbaycan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisinə müstəqil nəzarət edə bilmir.

İbrahim Azərbaycanın beynəlxalq ictimaiyyətə müraciət etməsinin üç əsas prinsipini səsləndirib. "Birincisi, Azərbaycan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ ərazisinə müstəqil nəzarət edə bilmir, ikincisi, Ermənistan böyük terror təcrübəsinə malik ölkə kimi tanınır, üçüncüsü, KFP terror təşkilatı kimi fəaldır" - o bildirib.

İbrahimin sözlərinə görə, bütün bunlar regiondakı stabilliyə ciddi zərər vura bilər. "Azərbaycan həm özü, həm də digər dövlətlərlə siyasi əlaqədə Dağlıq Qarabağda KFP-ə qarşı mübarizə apara bilər" - o əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti