...

Ekspert rəyləri Kosovo məsələsinin digər dorndurulmuş münaqişələrə presedent məsələsində üst-üstə düşmür

Siyasət Materials 18 Fevral 2008 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir A.Qasımova, N.Kirtsxaliya, E.Hüseynov / Müxtəlif ölkələrin ekspertləri Kosovonun müstəqilliyini elan etməsinin dünyanın digər "Dondurulmuş münaqişələ"rinə presedenti barədə zidd fikirlər söyləyirlər.

Kosovo Parlamenti bazar günü bölgəninin müstəqilliyinə dair deklorasiyanı yekdilliklə təsdiq edib.

Belqrad bölgənin müstəqilliyinin elan edilməsi barədə aktı etibarsız hesab edib və , beynəlxalq hüquq normalarına zidd olduğuna görə, beynəlxalq cəmiyyəti bu qərarı ləğv etməyə çağırıb. Rusiya Kosovonun özünü müstəqil elan etməsi statusunun ləğv olunmasını, həmçinin, bölgənin Serbiyadan ayrılmasını dəstəkləməyən əhalisinin təhlükəsizliyinin təmin edilməsini təkid edəcəyini bildirib.

Avropalı ekspert Deniel Korski hesab edir ki, Kosovo, Abxaziya və Cənubi Osetiya, eləcə də Şimali Kipr arasında müstəqilliyin tanınması üzrə paralel aparmaq olmaz. "Müstəqillik prosesində olan ölkələr Kosovonun presedenti əsasında öz müstəqilliklərini tələb etməyə başlayacaq, lakin unutmaq olmaz ki, Kosovonun vəziyyəti digərlərindən tam fərqlənir" - deyə bazar ertəsi elektron poçt ilə Trend ə Avropa Şurasının beynəlxalq məsələlər üzrə (European Council on Foreign Relations) eksperti Korski bildirib.

Analitik hesab edir ki, Kosovo məsələsi yalnız Rusiyadan müstəqilliyinin tanınmasını tələb edən Abxaziya və Cənubi Osetiya münaqişələrinə, həmçinin, təkcə Türkiyə tərəfindən tanınan Şimalı Kipr probleminə ziddir.

"Müstəqillik barədə deklorasiya digər dövlətlər tərəfindən tanınandan sonra etibarlı olur. Kosovonun müstəqilliyinə gəldikdə isə, BMT-nin, hələ ki, susmasına baxmayaraq, çox güman ki, ABŞ da daxil olmaqla, Avropa İttifaqı və NATO-ya üzv dövlətlərin əksəriyyəti tərəfindən tanınacaq. Bunu digər münaqişə ərazilərinə şamil etmək olmaz" - deyə ekspert bildirib.

Rusiya Federasiyasının keçmiş XİN başçısının rəhbəri Yevgeni Primakovun fikrincə, Gürcüstan Kosovonun müstəqilliyni tanımayacaq və bu, Tbilisinin ABŞ siyasətinin nüfuz dairəsində hər zaman getməli olmadığını başa düşdükdən sonra olacaq". "KAVKAZ-PRESS" Agentliyinin verdiyi məlumata görə, Primakov bildirib ki, vaxtilə yaradılan MD Bdalana dirənib, lakin Rusiya ondan imtina edə bilməz.

Primakov onu da qeyd edib ki, o, Abxaziya və Cənubi Osetiya ilə əlaqələrdən imtina etməyə çağırmır.

"Biz iqtisadi əlaqələri də inkişaf etdirməliyik, lakin bu heç də o demək deyil ki, biz onları müstəqil dövlət kimi tanımalıyıq" - deyə o bildirib. RF-nın Xarici siyasət idarəsinin keçmiş başçısı separatçıların tanınmasına münasibətdə Rusiya rəhbərliyini Amerika siyasətinə əks fəaliyyət göstərməyi məsləhət görmür.

Gürcüstanlı ekspert Arçila Qeqeşidzenin fikrincə, Kosovonun tanınması ilə presedentin yaradılması Gürcüstan üçün "Müəyyən təhlükə" yaradır. "İstisna deyil ki, Rusiya təhdid və şəntaj ilə Gürcüstandan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasına nail olmağa cəd göstərəcək" - deyə o bazar ertəsi "Trendə" bildirib. O hesab edir ki, Kosovo presedenti Tbilisiyə münasibətdə Rusiya üçün "Şantaj silahı" olacaq.

Politoloq Gürcüstan hakimiyyətini hazırda Avropada inkişaf edən beynəlxalq hadisələr fonunda ehtiyatlı olmağa çağırıb. "Mən Rusiyanın Gürcüstanın separatçı regionlarının müstəqilliyini tanıyacağına əmin deyiləm, belə ki, bu onun uzunmuddətli maraqlarına daxil deyil" - deyə Qeqeşidze əlavə edib.  

Avropa KİV-nin məlumatına görə, Böyük Britaniya, Almaniya və Fransa ilk olaraq Kosovonun müstəqilliyini rəsmən tanıya bilər. Kosovonun müstəqilliyini ümumilikdə Avropa İttifaqının 20 ölkəsi tanıya bilər. Bu arada Yunanıstan, Rumıniya, İspaniya, Kipr və Slovakiya bunu etməyəcəklərini bəyan ediblər. Rusiya Kosovonun müstəqilliyinə dair deklorasiyaya baxılması üçün BMT Təhlükəsizlik Şurasını fövqəladə irclas keçirməyə çağırıb.

Yalnız MDB ərazisində separatizm zəminində dörd dondurulmuş münaqişə mövcuddur. Bu Azərbaycanda Dağlıq Qarabağ, Moldovada Pridnestrova, Gürcüstanda cənubi Osetiya və Abxaziya münaqişələridir.

Xəbər lenti

Xəbər lenti