...

Knesset Xocalı faciəsini soyqırım kimi tanınması məsələsinə baxa bilər

Siyasət Materials 18 Fevral 2008 18:20 (UTC +04:00)

İsrail, Qüds, 18 fevral / " müxbir R.Abdullayev / İsrail Parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş verən kütləvi qətllərin soyqırım kimi tanınması məsələsinə baxa bilər. Bazar ertəsi Qüdsdə Azərbaycan nümayəndə heyəti İsrailin Knesset siyasi partiyalarının nümayəndələrinə Xocalı faciəsini soyqırım kimi tanınması məsələsinin baxılması müraciəti ilə çıxış edib.

Xocalı faciəsi 1992-ci il fevralın 26-da Erməni silahlı qüvvələrinin hərbi qoşunlarının Azərbaycanın Dağlıq Qarabağ regionunun fəal işğalı zamanı baş verib. Azərbaycanın rəsmi məlumatlarına görə, 613 nəfər öldürülüb (onlardan 106 qadın və 83 uşaq), 1275-dən çoxu əsir düşüb, 150-si xəbərsiz itib, 487 nəfər isə şikəst edilib və əlil qalıblar.

Knessetdə görüş zamanı Dünya Azərbaycanlılar Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev, Azərbaycan-İsrail əməkdaşlığının yüksək səviyyəsini müsəlman-yəhudi tərəfdaşlığının nümunəsi kimi qeyd edib.

Knesset deputatları ikitərəfli əlaqələrin səviyyəsini yüksək qiymətləndiriblər və əlaqələrin gələcək inkişafının lehinə fikirlərini bildiriblər. Deputat David Tal Qüdsdə Azərbaycan səfirliyinin və ya nümayəndəliyinin açılmasının məqsədəuyğun olduğunu qeyd edib.

Qeyd edilib ki, Knessetə Xocalı faciəsinin soyqırım kimi tanınması məsələsinin çıxarılmasından əvvəl, bu məsələ parlamentin beynəlxalq münasibətlər və təhlükəsizlik komissiyası tərəfindən baxılmalıdır.

Azərbaycan nümayəndə heyəti Xocalı faciəsinin ildönümününə həsr edilən tədbirlərdə iştirak etmək üçün İsraildədir. Bu tədbir bu ölkədə fevralın 19-da ilk dəfə qeyd ediləçək.

Xəbər lenti

Xəbər lenti