...

"İslami Cihad" təşkilatı İsrailə sürpriz hazırlayır

Siyasət Materials 18 Fevral 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir R.Hafizoğlu/ Fələstində mübarizə aparan qruplardan olan İslami Cihad təşktlatının lideri Əymən Fayedin qətli İsrail üçün ciddi problemlərə yol aça bilər. "İsraildən qisas alınacaq"-deyə, Fələstindəki "İslami Cihad" təşkilatının liderlərindən olan Xalid əl-Battaş Trend ə bildirib.

Kütləvi informasiya vasitələrinin verdiyi xəbərə görə, fevralın 16-da İsrail hərbi hava qüvvələrinin raket zərbəsi nəticəsində, Fələstindəki "İslami Cihad " təşkilatının liderlərindən olan Əymən Fayed və ailə üzvləri həlak olublar.

"İslami Cihad" təşkilatının lideri İsrailin bu aksiyasının cavabsız qalmayacağını bildirib. "Bizim İsraildən qisas almağa haqqımız var və sionistlər layiq olduqları cavabı tez bir zamanda alacaqlar"-deyə, əl-Battaş bazar ertəsi Fələstindən telefonla bildirib.

"İslami Cihad" liderinin fikrincə, Fayedi qətlə yetirməklə, İsrail özünə ölüm hökmü verib.

"Açıq döyüşə hazır olmayan İsrail ordusu xəyanətkar adətlərinə sadiq qalaraq, gözlənilmədən hava hücumları edir.İsrailin bizə qarşı etdiklərini cavabsız buraxmacağıq " - deyə o bildrirb.

Fevralın 11-də İsrailin müdafiə naziri Ehud Barak, ölkəsinin Fələstindəki İslami Müqavimət Hərəkatı "Həmas" və digər radikal qruplara qarşı hava zərbələri endirəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti