...

İranın müdafiə naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 19 Fevral 2008 12:12 (UTC +04:00)
İranın müdafiə naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı,19 fevral / Trend , müxbir S.Ağayeva/ İranın müdafiə naziri Mustafa Muhamməd-Najjar Azərbaycana səfər edəcək. Azərbaycana səfər barədə dəvəti iranlı həmkarına İranda səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çatdırıb. Bu barədə çərşənbə axşamı Trend ə Tehrandan telefonla Azərbaycanın bu ölkədəki səfiri Abbasali Həsənov məlumat verib.

Səfir bildirib ki, görüşdə tərəflər hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Regionda gərginlikdən yayınmaya daır sayıqlığın gücləndirilməsi barədə razılıq əldə olunub.

Azərbaycan müdafiə idarəsinin başçısı Teheranda həmçinin, İranın təhlükəsizlik naziri Qulam Hüseyn Mohseni-Ejehei ilə görüşüb. Səfir bildirib ki, Əbiyevin bugünkü səfər proqramına İran prezidenti Mahmud Əhmədinejat və xarici işlər naziri Manuçöhr Mottaki ilə görüşlər daxildir.

Xəbər lenti

Xəbər lenti