...

Norveç XİN başçısının Azərbaycana səfər tarixi açıqlanıb (Əlavə düzəliş – səfər tarixi dəyişdirilib)

Siyasət Materials 20 Fevral 2008 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir K.Ramazanova/ Norveçin XİN başçısı Yonas Store aprelin 29-da Azərbaycana səfər edəcək. Bu barədə Trend a Norveçin Azərbaycandakı səfiri Yon Ramberq məlumat verib.

Səfər bildirib ki, səfər zamanı Norveçin XİN başçısı azərbaycanlıı həmkarı Elmar Məmmədyarovla görüşəcək və əməkdaşlığın bütün sahələri üzrə məsələlərin geniş spektrini müzakirə edəcək.

Norveçli nazir Azərbaycan Dillər Universitetində məruzə ilə çıxış edəcək.

Azərbaycanın XİN başçısı 2007-ci il dekabrın 4-5-də Norveçdə səfərdə olub. Səfər zamanı Məmmədyarov və Store siyasi, iqtisadi və digər sahələr üzrə əməkdaşlığa dair birgə bəyannamə imzalayıblar.

Xəbər lenti

Xəbər lenti