...

Partiyanın siyasi xəttinə qarşı çıxanlar təşkilatdan kənarlaşdırılır - YAP icra katibinin müavini

Siyasət Materials 20 Fevral 2008 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir Q.Cəbiyev/ Hakim Yeni Azərbaycan Partiyasında (YAP) "91-lər" kimi tanınan Ariz Abduləliyev və Əsədulla Qurbanov partiya sırasından kənarlaşdırılıb. Bu barədə çərşənbə günü jurnalistlərə partiyanın icra katibinin müavini Siyavuş Novruzov məlumat verib.

YAP da "91"-lər kimi tanınanlar partiyanın əvvəlki sədri, eks-prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün hazırlanan sənədə imza atıblar. Azərbaycanın müxalifət mətbuatında Abduləliyevin və Qurbanovun partiya sıralarından qovulmaları onların müxalif qüvvələrin sırasında olmaları ilə əlaqələndirilib.

Novruzov bildirib ki, YAP daxilində müxalifətin mövcud olması barədə iddialar qətiyyən doğru deyil. Onun sözlərinə görə, partiya Nizamnaməsini pozan hər bir şəxsin məsələsinə partiyanın ilk təşkilatında baxılır. "Partiyanın siyasi xəttinə qarşı çıxanlar təşkilatdan kənarlaşdırılır" Novruzov əlavə edib.

YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti