...

Liviyanın XİN rəhbəri Azərbaycana səfərə dəvət olunub

Siyasət Materials 20 Fevral 2008 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı 19 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Liviyaya rəsmi səfər çərçivəsində, ölkənin Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq məsələləri üzrə Ümumxalq Komitəsinin (XİN) katibi Əbdülrəhman Şəlqəm ilə görüşüb və onu Azərbaycana səfər etməyə dəvət edib. Bu barədə Trend ə XİN mətbuat katibi Xəzər İbrahim məlumat verib.

Liviya rəsmisi Azərbaycan XİN rəhbərinin Liviyaya səfərini ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildirib.

İki ölkənin XİN rəhbərləri beynəlxalq və regional məsələləri müzakirə ediblər. Məmmədyarov Liviyanın BMT Təhlükəsizlik Şurasının üzvü kimi rolunu yüksək qiymətləndirib və eyni zamanda, Azərbaycan-Ermənistan münaqişəsilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə, liviyalı həmkarına təşəkkürünü bildirib.

Görüşdə təhsil, energetika, hərbi və təhlükəsizlik sahələrində iki ölkə münasibətlərinin genişləndirilməsinin vacibliyi vurğulanıb, ikitərəfli hökumətlərarası komissiyanın işə başlaması haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti