...

Müxalifət partiyası prezident seçkisində heç bir namizədə dəstək verməyəcək

Siyasət Materials 22 Fevral 2008 14:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir S.İlhamqızı/ Açıq Cəmiyyət Partiyası builki prezident seçkisində yalnız öz namizədi ilə iştirak edəcək.

"Bizim başqa namizədə dəstək verməyimiz tamamilə istisnadır"-deyəAçıq Cəmiyyət Partiyasının sədr müavini Yaqub Abbasov Trend ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ACP bu ilin oktyabrında keçiriləcək prezident seçkisində partiyanın lideri Rəsul Quliyevin namizədliyini irəli sürəcək.

2003-cü ildə keçirilmiş prezident seçkisində Quliyevin namizədliyi qeydə alınmış, lakin seçkiyə az vaxt qalmış o, namizədliyini Müsavat Partiyasının başqanı İsa Qəmbərin xeyrinə geri götürmüşdü.

Abbasov bildirib ki, Quliyev budəfəki seçkidə müxalifət düşərgəsindən heç bir namizədin xeyrinə geri çəkilmək fikrində deyil: "Biz heç bir partiyanın, heç bir namizədin qoltuq ağacı olmayacağıq"-deyə Abbasov bildirib.

O, vaxtilə bir partiyada təmsil olunduqları ADP-çiləri də Quliyevə qarşı nə rəqib, nə də elektorat hesab edir: "Biz heç bir halda ADP-nin namizədinə dəstək verməyəcəyik. Seçki vaxtı ADP-nin müxalifətçi olub-olmadığı ortaya çıxacaq"-deyə Abbasov bildirib.

Sağ mərkəzçi, müxalifətçi ACP 2007-ci ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri Quliyev 1995-ci ildən ABŞ-da mühacirətdə yaşayır. Ötən ilin fevralınadək Azərbaycan Demokrat Partiyasının sədri olmuş Quliyev və onun tərəfdarları partiyanın siyasi kursunu dəyişməsinə etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Xəbər lenti

Xəbər lenti