...

Ermənistandakı prezident seçkilərindən sonra Dağlıq Qarabağa dair anlaşmanın əldə edilməsi üçün imkan var - ATƏT PA-nın prezidenti (video)

Siyasət Materials 28 Fevral 2008 02:07 (UTC +04:00)
Ermənistandakı prezident seçkilərindən sonra Dağlıq Qarabağa dair anlaşmanın əldə edilməsi üçün imkan var - ATƏT PA-nın prezidenti (video)

Azərbaycan, Bakı, 27 fevral / Trend müxbir K.Ramazanova/ Ermənistandakı prezident seçkilərindən sonra Dağlıq Qarabağa dair anlaşmanın əldə edilməsi üçün imkan var. Bunu çərşənbə günü Heydər Əliyev adına Hava Limanında jurnalistlərə ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti Qoran Lenmarker deyib. "Zənnimcə, Ermənistandakı seçkilərdən sonra hər iki tərəfi qane edən pozitiv razılaşma əldə olunacaq", - deyə o bildirib.

Lenmarker həmçinin əlavə edib ki, müəyyən anlaşmaların əldə olunmasından sonra Dağlıq Qarabaqla məruzəni hazırlamaq mümkün olacaq.

ATƏT nümayəndələrinin səfəri fevralın 26-da Cənubi Qafqaz ölkələrinə başlayan turne çərçivəsində gerçəkləşdirilir.

Bakıya səfər zamanı Qoran Lenmarker və ATƏT-in hazırkı sədri İlkka Kanerva prezident İlham Əliyev, MM sədri Oqtay Əsədov, XİN başçısı Elmar Məmmədyarov, siyasi partiyaların sədrləri və Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənovla görüşəcəklər.

Görüşlərdə Azərğbaycanla ATƏT arasındakı əməkdaşlığın perspektivləri, habelə Qarabağ nizamlanmasının gedişatı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti