...

Qohumlarını zorlamaqda ittiham olunan britaniyalı barəsində həbs qərarı çıxarılıb.(video)

Siyasət Materials 28 Fevral 2008 16:54 (UTC +04:00)
Qohumlarını zorlamaqda ittiham olunan britaniyalı barəsində həbs qərarı çıxarılıb.(video)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Bakı şəhəri Səbail rayon məhkəməsi cümə axşamı azyaşlı qohumlarını zorlamağa cəhddə ittiham olunan 49 yaşlı Böyük Britaniya vətəndaşı Patrik O'Brayan barəsində 3 ay müddətinə həbs qərarı çıxarıb.

Britaniya vətəndaşı O'Brayan beynəlxalq axtarışda olub və fevralın 26-da Azərbaycan hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Bakıda saxlanılıb,- Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyindən məlumat verilib.

"O'Brayan 19 yaşında törətdiyi cinayətə görə təqsirli bilinir",- britaniyalının vəkili Fikrət Mirzəyev Trend a bildirib. Vəkilin sözlərinə görə, cinayətin üstü keçən il açılıb.

Hakim Araz Hüseynovun sədrliyilə keçirilən qapalı məhkəmə iclasında müttəhim ifadə verməkdən imtina edib. Hakim Hüseynovun Trend a bildirdiyinə görə, Britaniyanın Azərbaycandakı səfirliyi müttəhimin ektradisiyası barədə müraciət edib.

Təqsirli bilinən şəxsin vəkilinin sözlərinə görə, O'Brayan Bakıda fəaliyyət göstərən, adı açıqlanmayan xarici şirkətin rəhbəridir.

Xəbər lenti

Xəbər lenti