...

Demokratik islahatların keçirilməsi Azərbaycan üçün prioritet məsələdir - ATƏT-in fəaliyyətdə olan sədri (video)

Siyasət Materials 28 Fevral 2008 20:05 (UTC +04:00)
Demokratik islahatların keçirilməsi Azərbaycan üçün prioritet məsələdir - ATƏT-in fəaliyyətdə olan sədri (video)

Azərbaycan, Bakı, 28 fevral / Trend , müxbir K.Ramazanova/ "Modernləşmək istəyən hər bir ölkə qarşısına prioritet məsələlər qoymalıdır - demokratik seçkilərin keçirilməsi, siyasi dialoqların təşkili və müstəqil KİV-nin inkişaf etdirilməsi",- cümə axşamı ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri İlkka Kanerva mətbuat konfransında bildirib.

"Demokratik islahatların keçirilməsi və onların gələcəkdə də davam etdirilməsi Azərbaycan üçün əsas məsələdir" - o qeyd edib.

Kanervanın sözlərinə görə, Azərbaycan hökuməti dəfələrlə modernləşməyə və Avropaya inteqrasiyaya hazır olduğunu bəyan edib.

"Bu islahatların aparılması Avropa dəyərlərinin tətbiqinə və Avropaya inteqrasiyaya xidmət edir. Bunlar Azərbaycanın marağındadır" - ATƏT-in sədri bildirib.

Onun sözlərinə görə, bu öhdəlikləri öz üzərinə götürmək üçün Azərbaycanın iradəsi var. Azərbaycan Avropa prinsiplərinə sadiqdir.

Bakıya səfəri çərçivəsində o, həmçinin, Azərbaycanın iqtisadi cəhətdən yüksək inkişaf etdiyini də vurğulayıb.

Çıxışının sonunda Kanerva əlavə edib ki, müxalifət nümayəndələri ilə görüşü zamanı o, demokratik islahatların keçirilməsi sahəsində ATƏT-in oynaya biləcəyi rolu da özü üçün müəyyənləşdirib.

Xəbər lenti

Xəbər lenti