Azərbaycan, Bakı, 1 mart / Trend müxbir A. Qasımova/ Sizin diqqətinizə The Heritage Foundation (ABŞ) təşkilatının baş elmi məsləhətçisi Ariel Koenin martın 2-də Rusiyada keçiriləcək prezident seçkiləri ilə bağlı analitik baxışını təqdim edirik.
Ötən ilin dekabrında Vladimir Putin Dmitriy Medvedevi baş nazirin birinci müavini təyin etdi ki, ona Rusiya prezidenti qismində müvəffəqiyyətlərin qazanılmasında kömək etsin. Martın 2-də keçiriləcək prezident seçkiləri "antiklimakterik" olacaq, çünki Medvedev qələbəyə müəyyən şanslara malik yeganə namizəddir. Bu seçkilərin demokratik görüntüsü var, lakin seçicilərin real seçimi yoxdur.
Putin özündən 13 yaş cavan olan 42 yaşlı Medvedevə inamı 17 illik tanışlıq və kollegial münasibətlərdən irəli gəlir. Medvedev Rusiya prezidentinin hüquq məsələləri üzrə müşaviri, onun qərargahının rəhbəri, "Qazprom" şirkətinin sədri və baş nazirin birinci müavini kimi vəzifələrdə çalışıb. Lakin o həmişə öz rəhbərinə tabe olub.
Putinin hakimiyyətdə qalmaq istəyi Kremli əmin etdi ki, demokratik müxalifət Medvedev üçün ciddi problem olmayacaq. Boris Nemtsov və Harri Kasparov kimi liberal siyasətçilər seçkiöncəsi mübarizədən kənarlaşdırıldılar. MSK həmçinin sabiq baş nazir Mixail Kasyanovu da kənarlaşdırdı bu prosesdən.
Medvedevlə yanaşı prezidentliyə daha üç namizdə var. Postsovet siyasətnin iki veteranı olan Kommunist partiyasının lideri Gennadiy Zyuqanov və Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski çətin ki, 15-20 faizdən çox səs ala bilsinlər. Rusiya Demokrat partiyasını təmsil edən Kremlə yaxın olan namizəd Andrey Boqdanov da ciddi fiqur deyil.
Kütləvi informasiya vasitələrinə dövlət nəzarətinin mövcudluğu Medvedevin təbliğatının aparılmasını təmin edəcək.
14 fevral tarixində keçirilən brifinqdə Putin anlatdı ki, hakimiyyədə qalmaq niyyətindədir. O açıq aydın göstərdi ki, baş nazirin rəhbərliyi ilə Nazirlər Kabineti siyasətin gerçəkləşdiriməsində əsas rol oynayacaq. Putin bəyan etdi ki, "ölkədə ali icra hakimiyyəti Kabinetin əlindədir, kifayət qədər səlahiyyətlər var, mən və Medvedev onları aramızda bölüşdürəcəyik".
Putinin fikrincə, Nazirlər Kabineti iqtisadiyyatın işləməsinin təminatı, sosial problemlərin həlli, habelə ölkənin təhlükəsizliyinə görə cavabdehdir. Hakimiyyətdə qalmağının müddətinə gəldikdə isə Putin belə deyib: "Mən Rusiyanın 2010-2020-ci illərdə inkişafının məqsədlərini açıqlamışam və əgər mən görürəm ki, bu məqsədləri baş nazir vəzifəsində gerçəkləşdirə bilirəm, bu, mümkün olana qədər işləyəcəm".
Başqa sözlə Putin prezident Medvedevin administrasiyasında baş nazir ola bilər, həmçinin o siyasi kapital və dövlət siyasətinin gerçəkləşdirilməsi nöqteyi-nəzərdən baş rolda çıxış edə bilər.
Medvedevin Rusiya ilə bağlı planlarına gəldikdə isə o Krasnoyarskdakı iqtisadi forumda özünü daha çox liberal kimi göstərib. Medvedev bəyan edib ki, onun strategiyası "azadlıq azadlığın olmamasından daha yaxşıdır" prinsipinə əsaslanır. O qeyd edib ki, məhkəmə sisteminin həqiqətən müstəqil olmasına dair təminat onun strateji məqsədlərindən biridir. Medvedev islahatlarındakı prioritetləri də önə çəkib : institutlar, infrastrukturlar, innovasiyalar və investisiyalar.
İnstitutlara gəldikdə isə Medvedev vəzifələrin dövlətdən özəl sektora ötürülməsi üçün dövlət qulluqçularının sayını azaltmağı təklif edib.
O həmçinin innovasiya və investisiya siyasətinin tərkib hissəsi kimi müəssisələrə vergi yükünün azaldılmasının vacibliyini vurğulayıb.
Bununla belə bir çox ekspertlər və xarici diplomatlar Medvedevin liberallığına əmin deyillər. Deep Purple qrupunu Kremldə konsert vermək məqsədilə Moskvaya dəvət etmək kifayət deyil. Medvedev "Qazprom"un sədri olarkən Moskvanın siyasətinə və enerji maraqlarına etiraz edən ölkələrə qarşı sərt yanaşma tətbiq edib. "Azad bazar qiymətlərini" əsas gətirərək "Qazprom" Ukraynaya 2006-cı ilin əvvəlində qaz nəqlini azaltdı, qışın ortalarında Avropa Birliyinin bir sıra ölkələrinə isə qazın ötürülməsini dayandırdı.
ABŞ və ona yaxın dövlətlər Putin-Medvedev tandemini diqqətlər izləməlidirlər. Putin hesab edir ki, əgər Medvedev daha çox liberal və müstəqil siyasətçi kimi qəbul edilsə, Qərb Rusiya şirkətlərinə Avropa, ATƏT ölkələrində investisiyalarına genişləndirməyə imkan verəcək.
Lakin, əgər Medvedev Rusiyanın xarici siyasətini və müdafiəsi məsələsini üzərinə götürsə, əminliklə söyləmək olar ki, Putin və güc strukturlarının nümayəndələri ənənəyə uyğun öz biznesini davam etdirəcəklər.
Gələcəkdə Rusiya siyasəti özündə Kosovo məsələsinə ziddiyətli yanaşmanı, PRO sisteminin Polşada yerləşdirilməsinin əleyhinə çıxışı, Avropada adi silahlar haqda Müqavilənin ləğvi, Ukrayna və Gürcüstanla bağlı despotik yanaşmanı və antiqərb təbliğat kampaniyasını əks etdirəcək. Həm Buş administrasiyası, həm də ondan sonrakı iqtidar tamamilə Rusiya ilə məşğul olacaqlar, bu isə imkan verəcək ki, Vladimir Putin uzun illər hakimiyyətdə qalsın.