...

Azərbaycan prezidenti "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər və əlavələrin edilməsi ilə bağlı sərəncam imzalayıb

Siyasət Materials 12 Mart 2008 00:51 (UTC +04:00)

Prezident İlham Əliyev "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" 2007-ci il 8 may tarixli 331-IIIQD nömrəli qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqi məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" 2007-ci il 8 may tarixli 331-IIIQD nömrəli qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanuna uyğunlaşdırılması barədə təkliflərini prezidentə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin;

Öz səlahiyyətləri daxilində "Gənclər siyasəti haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" 2007-ci il 8 may tarixli 331-IIIQD nömrəli qanunun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti