...

Hakim partiya Heydər Əliyevin 85 illiyi ilə əlaqədar tədbirlər planı hazırlayıb-icra katibi

Siyasət Materials 15 Mart 2008 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) mərhum eks-prezident , partiyanın yaradıçısı Heydər Əliyevin 85 illiyi ilə əlaqədar geniş tədbirlər planı hazırlayıb. "YAP "Heydər Əliyev və Azərbaycan" mövzusunda böyük konfrans keçirəcək", -deyə şənbə günü YAP icra katibi, deputat Əli Əhmədov bildirib.

Əhmədov qeyd edib ki, bundan əlavə, daha bir beynəlxalq miqyaslı tədbirin təşkili, Heydər Əliyevin dövlətçilik fəaliyyətinə həsr edilən irihəcmli kitabın nəşri, Heydər Əliyevin ömür yoluna, siyasi fəaliyyətinə həsr olunan multimedia diskinin hazırlanması istiqamətində də işlər gedir.

İcra katibi qeyd edib ki, YAP Gənclər Birliyi yubileylə bağlı futbol üzrə respublika turniri keçirəcək. Heydər Əliyev 1923 -cü ildə Naxçıvanda anadan olub, 2003-cü ildə vəfat edib.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti