...

Azərbaycan və Rusiya polisi birgə əməliyyat keçirib

Siyasət Materials 1 Aprel 2008 12:05 (UTC +04:00)

Azərbaycan, Şəki, 01 aprel / Trend ", müxbir E.Quliyev/ Azərbaycanın Qax rayon Polis Şöbəsinin Rusiyanın Dağıstan Respublikası Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat nəticəsində son 5 gündə külli miqdarda silah-sursat aşkarlanıb. Bu barədə çərşənbə günü Trend a Qax rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Məhəmməd Malıyev məlumat verib.

Əməliyyat məlumatı əsasında Rusiyadan Azərbaycana silah gətirildiyi müəyyənləşdirildiyindən, bir neçə gündür birgə əməliyyat keçirilir.

Malıyevin sözlərinə görə, son 5 gündə birgə əməliyyat nəticəsində bir Kalaşnikov avtomatı, bir İtaliya istehsalı olan "Volter" tipli tapança, 2 toz markalı ov tüfəngi, 3 əl qumbarası, 3 avtomat üçün sandixca, 670 ədəd 5.45 çaplı, 345 ədəd 7.62 çaplı patron götürülüb.

Faktla baglı Qax rayon Polis Şöbəsində araşdırmalar davam edir.Qax paytaxt Bakıdan 432 kilometr şimal-qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti