...

İstintaq Təcridxanasının sabiq əməkdaşları barəsində cinayət işi açılıb

Siyasət Materials 1 Aprel 2008 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Gəncə şəhərindəki 2 saylı İstinyaq Təcridxanasının sabiq əməkdaşları barəsində cinayət işi açılıb.

Gəncə şəhər Prokurorluğundan çərşənbə axşamı Trend a bildirilib ki, İstintaq Təcridxanasının sabiq rəisinin növbə köməkçisi Ruslan Hüseynov, nəzarətçilər Elşad Mehdiyev və Mail Məmmədov barəsində Cinayət Məcəlləsinin səhlənkarlıq (314) maddəsi ilə cinayət işi açılıb.

Onlar barəsində hələlik hansısa qətimkan tədbiri seçilməyib.

Bu ilin əvvəlində 2 saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum, Göranboyun Xanqərvənd kənd sakini 27 yaşlı Rahib Zülfiqar oğlu Həşimov naməlum şəraitdə qaçıb. Həşimov oğurluq və dələduzluqda ittiham olunaraq ötən ilin avqustunda 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, İstintaq Təcridxanasında təsərrüfat briqadasında çalışıb.

Onun barəsində başlanmış cinayət işinin istintaqı artıq yekunlaşıb və baxılmaq üçün Gəncə şəhər Nizami rayon məhkəməsinə göndərilib.

Bu hadisədən sonra təcridxananın rəisi Firdovsi Niftəliyev və müavini İbrahim Məmmədov ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə tutduqları vəzifədən və ədliyyə orqanlarından xaric ediliblər.

Təcridxanada aparılan daxili təhqiqat nəticəsində müəssisənin 9 əməkdaşı tutduqları vəzifədən və ədliyyə orqanlarından çıxarılıblar.

Ədliyyə nazirinin əmri ilə Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasının rəis müavini Zahid Hüseynov Cəncədəki 2 saylı İstintaq Təcridxanasına rəis təyin olunub.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti