...

Buş Ukrayna və Gürcüstanın NATO üzvlüyünə dair fəaliyyət Planına qoşulması haqqında öz mövqeyinin möhkəm olduğunu bildirir (video)

Siyasət Materials 1 Aprel 2008 16:01 (UTC +04:00)
Buş Ukrayna və Gürcüstanın NATO üzvlüyünə dair fəaliyyət Planına qoşulması haqqında öz mövqeyinin möhkəm olduğunu bildirir (video)

Ukrayna, Kiyev, 01 aprel/ Trend , müxbir Z.Novosvitski/ Birləşmiş Ştatlar prezidenti Corc Buş bilidirir ki, Ukrayna və Gürcüstanın NATO üzvlüyünə dair Fəaliyyət Planına (ÜFP) qoşulmasının dəstəklənməsi ilə bağlı onun möqveyi möhkəm olaraq qalır.

Kiyevdə, Ukrayna prezidenti Viktor Yuşşenko ilə birlikdə mətbuat konfransıda Buş qeyd edib ki, o və onun komandası NATO -ya üzv bütün ölkələrlə işləyib və onları Ukrayna və Gürcüstanın Alyansa üzv olmasının birinci növbədə blok üzvlərinə faydalı olduğuna inandırıblar.

Buş Ukraynanın ÜFP-ə qoşulmasına dair ABŞ-ın möqeyini bir daha təsdiqləyib. Buş, həmçinin, bildirib ki, Rusiyanın Ukrayna və Gürcüstanın NATO üzvlüyünə dair Fəaliyyət planına qoşulmasının əleyhinə çıxmağa haqqı yoxdur. ABŞ prezidentinin sözlərinə görə, bu gün Kiyevdə bir neçə Rusiya bayrağının olması heç bir əhəmiyyət kəsb etmir.

Öz növbəsində, Ukrayna prezidenti Viktor Yuşşenko Ukraynanın ÜFP-ə qoşulmasının hər hansı bir ölkəyə qarşı siyasət olmadığını yenidən qeyd edib. "Biz öz milli maraqlarımızı düşünürük", - Yuşşenko bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti